İyulun 25-də elm və təhsil naziri Emin Əmrullayev ölkəmizdə səfərdə olan Gürcüstanın təhsil, elm və gənclər naziri Givi Mikanadze ilə görüşüb.
“Tehsil365” xəbər verir ki, görüş çərçivəsində iki ölkə arasında elm və təhsil sahəsində cari əməkdaşlıq və gələcək inkişaf perspektivləri müzakirə edilib.