İyulun 28-də elm və təhsil nazirinin müavini Firudin Qurbanov Türkmənistanın təhsil nazirinin müavini Aleksandr Amanov ilə görüşüb.
Elm və Təhsil Nazirliyindən “Tehsil365”ə bildirilib ki, görüş çərçivəsində Türkmənistan ilə təhsil sahəsində cari əməkdaşlıq və gələcək inkişaf perspektivləri müzakirə edilib.