Təhsil 365 - Logo Mobile

Şirvan-Salyanda hesabat tədbiri keçirildi

21530.07.2025 - 16:57
Şirvan-Salyanda hesabat tədbiri keçirildi

Şirvan-Salyan Regional Təhsil İdarəsində 2024-2025-ci tədris ilinin yekunlarına həsr olunmuş hesabat tədbiri keçirilib.

Təhsil365” xəbər verir ki, tədbirdə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Arslan Hacıyev, Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri, struktur bölmə rəhbərləri və müvafiq sektorların əməkdaşları iştirak ediblər.

Təqdimat idarə müdiri Rəşad Musayev tərəfindən təqdim olunub. O, cari tədris ili ərzində region üzrə təhsilin inkişaf göstəriciləri, çətinliklər, həyata keçirilmiş layihələr və əldə olunmuş nailiyyətlər barədə ətraflı məlumat verib. Statistik göstəricilər əsasında aparılmış müqayisəli təhlillər iştirakçıların diqqətinə çatdırılıb, təhsil sahəsində keyfiyyətin yüksəldilməsi istiqamətində görülmüş işlər və gələcək perspektivlər vurğulanıb.

Tədbir zamanı monitorinq və qiymətləndirmələrin nəticələrindən danışılıb, müəllim və şagird uğurları, kadr təminatı, infrastruktur yenilikləri kimi önəmli məsələlər müzakirə olunub. Eyni zamanda iştirakçılar arasında fikir mübadiləsi aparılıb və növbəti tədris ili üçün fəaliyyət istiqamətləri müəyyənləşdirilib.

Səfər çərçivəsində Arslan Hacıyev Neftçala şəhər 2 nömrəli körpələr evi–uşaq bağçası və Neftçala şəhəri Elton Həbibov adına 4 nömrəli tam orta ümumi təhsil məktəbində olub.

Bağçada yaradılmış şəraitlə tanış olan direktor müavini pedaqoji heyətlə fikir mübadiləsi apararaq tədris və tərbiyə prosesinin təşkili ilə bağlı fikirlərini bölüşüb.

Daha sonra tam orta ümumi təhsil müəssisəsində aparılan təmir-tikinti işləri ilə yerində tanış olub.

Fatimə Quliyeva

News Feed

PLA founding day celebrated at the Azerbaijan University of Languages27.07.2025 - 19:15
UN General Assembly Adopts Artificial Intelligence Resolution Proposed by Tajikistan26.07.2025 - 19:14
Azerbaijani athletes win 6 more medals at the European Youth Paralympic Games26.07.2025 - 19:07
Georgia and Azerbaijan expand cooperation in the field of education26.07.2025 - 18:55
China–ASEAN Education Cooperation Week 2025 Begins in Guizhou26.07.2025 - 18:41
AI helps develop highly accurate test for diagnosing chronic fatigue syndrome26.07.2025 - 18:33
Azerbaijani scholar presents at International Conference in France26.07.2025 - 18:17
Azerbaijan represented at poetry festival held in Venezuela26.07.2025 - 18:10
12 Graduates of BSU's Faculty of Law Admitted to Master’s Programs at Prestigious International Universities25.07.2025 - 11:00
Jakarta International Film Festival opens call for film submissions25.07.2025 - 10:45
Our Students Achieved Success at the International Physics Olympiad25.07.2025 - 10:30
"Traces of a Journey" – A Cinematic Look at Heydar Aliyev's Visit to Italy25.07.2025 - 10:20
Our team reaches the final of the European Universities Futsal Championship25.07.2025 - 10:10
The SCO Media and Think Tanks Summit is being held in China25.07.2025 - 10:00
Academic transcripts awarded to 171 students studying abroad24.07.2025 - 10:50
Staff of Azerbaijan Technical University's Library Information Center Set a National Precedent24.07.2025 - 10:35
Our Team Advances to the Semifinals at the European Universities Futsal Championship – PHOTO24.07.2025 - 10:15
The Minister of Science and Education met with the Ambassador of the People's Republic of China to our country – PHOTO24.07.2025 - 10:00
BMU-da 2025–2026-cı tədris ilində “Data analitikası” ixtisası üzrə qəbul başlayır01.07.2025 - 13:10
NDU-da 55-ci “Məzun günü” keçirilib -FOTO 25.06.2025 - 07:10
Teatrlar milli ideologiya və tarixin təbliğatı işinin öhdəsindən necə gəlir? - BAKU AKTUAL02.02.2025 - 15:00
Ankarada 20 Yanvar qurbanlarının xatirəsi yad ediləcək15.01.2025 - 15:00
The "Race" stage of the "BilBacar" competition for the month of November has been launched25.11.2024 - 14:20
Tarix və Etnologiya İnstitutunda 20 Yanvar faciəsinə həsr olunmuş dəyirmi masa keçirilib21.01.2024 - 16:35