Təhsil 365 - Logo Mobile

Bəs abituriyentlər üçün hansı meyarlar əsas götürülməlidir?

15201.08.2025 - 16:08
Bəs abituriyentlər üçün hansı meyarlar əsas götürülməlidir?

Ali məktəblərə ixtisas seçimi gələcək peşə və karyera istiqamətinin müəyyənləşməsi deməkdir. Bəs abituriyentlər hansı meyarları əsas götürməlidirlər? Bu ilki seçimlərdə nə kimi yeniliklər var və valideynlərin rolu nə qədər əhəmiyyətlidir? “Tehsil365” olaraq suallarımızı bu dəfə təhsil eksperti Rizvan Fikrətoğlu cavablandırdı:

1. Abituriyentlər seçim zamanı ən çox nəyə diqqət yetirməlidir?

— “Maraqlar və qabiliyyətlər ön planda olmalıdır. Yəni abituriyent öz maraqlarını və hansı sahədə işləmək istədiyini aydın şəkildə müəyyən etməlidir. Güclü olduqları fənləri və bacarıqları nəzərə almalıdırlar. Sevdiyi və bacardığı sahədə oxumaq həm təhsil, həm də gələcək karyera baxımından daha uğurludur.

İlk növbədə, əmək bazarındakı tələbat araşdırılmalıdır. İnformasiya texnologiyaları, mühəndislik, tibb və hüquq kimi sahələr hazırda daha çox tələb olunur.

Təhsil müəssisəsinin səviyyəsi də vacibdir – universitetin reytinqi, müəllim heyəti, laboratoriyaları, beynəlxalq əlaqələri və təcrübə imkanları diqqətlə dəyərləndirilməlidir. Həmçinin dövlət və ya özəl olması, kampus şəraiti və xaricdə təhsil imkanları da seçimə təsir edə bilər.

Təqaüdlər və maliyyə məsələləri abituriyentlərin seçimində mühüm rol oynayır. Artıq bir çox universitetlər bu sahədə rəqabətə girib. Məsələn, Mingəçevir Dövlət Universitetinin rektor təqaüdü və ya BDU-nun birincilik təqaüdü nümunə göstərilə bilər.

Seçilən ixtisasın sonradan başqa sahəyə keçid imkanı, ikili ixtisas və magistratura mərhələsində yönüm dəyişdirmək kimi perspektivləri də nəzərə almaq lazımdır.

Sonda isə abituriyent özünə bu sualı verməlidir: “Bu ixtisasla gələcəkdə harada işləyə və nə qədər qazanc əldə edə bilərəm?” Əgər bu suala aydın cavab varsa, həmin sahəni seçmək məqsədəuyğundur”.

2. Bu il ixtisas seçimində əvvəlki illərlə müqayisədə hansı yeniliklər var?

— “Bu il pedaqoji ixtisaslarda plan yerlərində xeyli azalma müşahidə olunur. 9 illik kolleclərə plan yerləri təxminən 3000 azaldılıb. Bununla yanaşı, yüksək texniki-peşə ixtisaslarına maraq artıb. Əvvəllər bu sahələrə maraq az idi. Bu təhsillər subbakalavr diplomu verir.

Ali məktəblərdə qəbul plan yerlərində artım var. Eyni zamanda, yeni ixtisaslar əlavə olunub. Məsələn, Mühəndislik Universitetində qabiliyyət tələb etməyən dekorativ-tətbiqi sənət ixtisası təqdim olunub. Qarabağ Universitetində tibb ixtisasları açılıb. Bu kimi yeniliklər var”.

3. Hazırda daha çox maraq göstərilən ixtisaslar hansılardır və bu marağın səbəbi nədir?

▪︎ I qrupda informasiya texnologiyaları, informasiya təhlükəsizliyi, kompüter mühəndisliyi, kompüter elmləri, riyaziyyat müəllimliyi, kimya mühəndisliyi, neft-qaz mühəndisliyi və digər mühəndislik sahələrinə maraq çoxdur.

▪︎ II qrupda əsasən maliyyə və iqtisadiyyat sahələrinə maraq müşahidə olunur.

▪︎ IV qrupda Tibb Universitetinə maraq yüksəkdir. Tibb ixtisasından sonra psixologiya, kimya və biologiya müəllimliyi ixtisasları ön plana çıxır.

▪︎ V qrupda isə dizayn və idman yönümlü ixtisaslara maraq artmaqdadır”.

“Ən çox maraq göstərilən sahələr arasında İT (xüsusilə data analitikası, kiber təhlükəsizlik və proqramlaşdırma) ön plandadır. Bu sahələrə banklar da daxil olmaqla əmək bazarında ciddi tələbat var. Təsadüfi deyil ki, artıq bəzi universitetlərdə data analitikası bakalavr səviyyəsində də tədris olunur. Mühəndislik, biotexnologiya, kimya mühəndisliyi, eləcə də hüquq və tibb sahələri də aktuallığını qoruyur. Marağın əsas səbəbləri isə əmək bazarına uyğunluq, yüksək maaş potensialı, prestij və sosial statusdur”.

4. Valideynlərin seçim prosesində rolu nə qədər vacibdir?

— “ Valideynlərin abituriyentlərin ixtisas seçimi prosesində rolu həm dəstəkləyici, həm də təhlükəli ola bilər. Bu, onların seçim prosesinə necə və hansı səviyyədə müdaxilə etməsindən asılıdır.

Müsbət mənada, valideynlər emosional və psixoloji dəstək verə, təcrübəyə əsaslanan məsləhətlər təqdim edə bilərlər. İxtisas seçimi prosesi kifayət qədər stresslidir. Valideynlərin səbirli və anlayışlı davranması abituriyentə qərar verməkdə inam qazandırır. Həmçinin maliyyə və yaşayış məsələləri də ailə ilə birlikdə planlaşdırılmalıdır.

Alternativ ssenarilər də nəzərə alınmalıdır. Uğursuzluq halında B planının mövcudluğu, valideynin dəstəyi və yönləndirməsi abituriyenti psixoloji baxımdan qoruyur.

Amma mənfi hallara da rast gəlinir. Bəzən valideynlər şəxsi ambisiyalarını övladlarına yükləyirlər. Məsələn, "mən mühəndis ola bilmədim, sən olmalısan" yanaşması. Və ya köhnə dövrün prestijli hesab olunan ixtisaslarına yönləndirmə cəhdləri. Bu isə əmək bazarının tələblərinə uyğun olmur və nəticədə tələbə xoşbəxt olmur.

Araşdırma və ekspert rəyi məsələsi də vacibdir. Mənim fikrimcə, ideal seçim "valideyn–abituriyent–mütəxəssis" üçbucağı üzərində qurulmalıdır. Abituriyent maraq və bacarıqlarını ortaya qoyur, valideyn dəstək verir və ailə imkanlarını izah edir, mütəxəssis isə obyektiv şəkildə əmək bazarına uyğun istiqamət göstərir.

Valideyn yol göstərən olmalıdır, yol seçən yox. Sonda qərar abituriyentə aid olmalıdır. Çünki oxuyan və işləyən məhz o olacaq “ - deyə təhsil eksperti vurğulayıb.

Fəridə Sadıqzadə

News Feed

Məktəblərdə ilkin tibbi yardım: Onlar kimə və necə öyrədilməlidir?05.10.2025 - 13:33
A teacher who made her students’ dreams come true: an inspiring step from Baliton village21.09.2025 - 08:40
Beynəlxalq Təhsil İcmalı - Sentyabr 202519.09.2025 - 16:20
Erkən yaşda xarici dil öyrənmənin faydaları17.09.2025 - 17:39
Çində təhsil alacaq BMU tələbələri Pekində09.09.2025 - 06:40
Məktəbəqədər uşaqların təbiətlə təmasda olması- açıq havada öyrənmənin faydaları05.09.2025 - 11:10
How accessible is entrepreneurship for students?04.09.2025 - 19:17
Winners of the "R.M. 90" programming contest awarded within the framework of the ICPC World Final04.09.2025 - 19:02
The role of industrial training in developing students’ practical skills04.09.2025 - 18:47
Employment opportunities for youth in the agricultural sector04.09.2025 - 18:32
The human brain produces enough energy to power a small light bulb04.09.2025 - 18:15
Azerbaijani cinema is represented with an Oscar-Nominated Film04.09.2025 - 18:00
Meeting with the German religious delegation at the State Committee04.09.2025 - 17:40
The benefits of temporary jobs for students04.09.2025 - 17:20
It was investigated that applicants engaged in sports have a strong memory02.09.2025 - 18:47
The historic al-Nuri Mosque in Mosul reopens after 8 years02.09.2025 - 18:28
Psychological support programs improved students’ performance02.09.2025 - 18:16
Research shows that students who maintain a regular sleep schedule are more productive02.09.2025 - 18:03
The anniversary of Uzeyir Hajibeyov, a great figure of Azerbaijani music has been celebrated02.09.2025 - 18:00
Festivals and exhibitions play an important role in personal development02.09.2025 - 17:45
Expansion of the dual education program through Azerbaijan–Germany cooperation02.09.2025 - 17:30
The main causes of aggression in adolescents and ways of prevention02.09.2025 - 17:15
University graduates’ entry into the job market30.08.2025 - 19:38
Shahmar Akbarzade – A distinguished figure of our national poetry30.08.2025 - 19:24
Which is better: a public university or a private university?30.08.2025 - 19:08
Promotion of vocational education and entrepreneurship30.08.2025 - 18:51
No one lives in these villages in Azerbaijan30.08.2025 - 18:36
Factors that weaken memory in children30.08.2025 - 18:18
How to cope with insomnia: 6 Tips30.08.2025 - 18:03
A documentary reflecting our national values was presented30.08.2025 - 17:47
The importance of internship programs30.08.2025 - 17:32
The next international achievement of AzTU’s Institute of Biomedical Engineering30.08.2025 - 17:17
Methods to memorize a large amount of information in a short time29.08.2025 - 19:52
The first ISO-certified school in India: Birla School at the pinnacle of education29.08.2025 - 19:36
Motivation and encouragement of students who excel in sports competitions29.08.2025 - 19:20
Forgetfulness in children29.08.2025 - 19:05
CUET increases women’s enrollment in universities, but additional support is needed29.08.2025 - 18:50
The Impact of music education in kindergartens on children’s development29.08.2025 - 18:30
TUSAŞ expressed its gratitude to two teams from AzTU29.08.2025 - 18:05
Health issues are prioritized in students’ exam preparation29.08.2025 - 17:45
Restoration work has begun on the historic “Madrasa” monument in Ordubad28.08.2025 - 19:36
A regional conference was held in Gazakh within the framework of the "Year of Constitution and Sovereignty" 28.08.2025 - 19:21
Azerbaijani journalists have been informed about the partnership between our country and NATO28.08.2025 - 19:07
Emil Afrasiyab in the “Our Cultural Homeland” project28.08.2025 - 18:52
Azerbaijani teachers achieved success at the international sports games held in Bulgaria28.08.2025 - 18:37
Azerbaijan's tourism opportunities have been promoted in Thailand28.08.2025 - 18:22
Master classes in football were held at the Absheron Olympic Sports Complex28.08.2025 - 18:07
The joint feature film project between Azerbaijan and Kazakhstan will be realized28.08.2025 - 17:48