Təhsil 365 - Logo Mobile

"İnklüziv təhsil uşaqların psixoloji fərqliliklərinə uyğunlaşdırılmalıdır" – Sosial psixoloq Aynur Tağıyeva

16201.08.2025 - 19:10
"İnklüziv təhsil uşaqların psixoloji fərqliliklərinə uyğunlaşdırılmalıdır" – Sosial psixoloq Aynur Tağıyeva

Xüsusi ehtiyaclı uşaqların təhsili təkcə pedaqoji deyil, psixoloji baxımdan da fərdi yanaşma tələb edir. Mövzuyla bağlı “Tehsil365”in suallarını cavablandıran sosial psixoloq Aynur Tağıyeva inklüziv təhsilin mahiyyəti, bu sahədəki çətinliklər barədə ətraflı danışıb:

1. Xüsusi ehtiyaclı uşaqlar üçün təhsilin təşkilində sizə görə ən çox diqqətdən yayınan məqam hansıdır? Bu məqamın nəzərə alınmaması uşağın inkişafına necə təsir edir və siz bu problemi necə həll etməyə çalışırsınız?

“Ən çox diqqətdən yayınan məqam — valideynlərin maarifləndirilməsi və onların inklüziv təhsilin əhəmiyyətini dərk etməməsidir. Valideynlər övladlarını sevsələr də, onların müstəqil yaşamaq bacarıqlarını inkişaf etdirmək əvəzinə, hər şeyi özləri etməyə çalışırlar. Bu da uşağın sosiallaşma və özünə güvən kimi mühüm bacarıqlarının formalaşmasına mane olur.

Bu problemi həll etmək üçün biz valideynlərlə fərdi görüşlər keçirir, uşaqların gələcəkdə valideynsiz də yaşaya bilmələri üçün praktik və emosional müstəqilliklərinin vacibliyini izah edirik. Ənənəvi düşüncə tərzini dəyişmək zaman tələb etsə də, davamlı maarifləndirmə və dəstək nəticəsində çox vaxt müsbət dönüş alırıq.

Digər mühüm məsələ — texniki baza və mütəxəssis çatışmazlığıdır. Başlanğıcda əsas çətinlik infrastrukturun qurulması və təcrübəli mütəxəssislərin hazırlanması idi. Bu mərhələdə biz xarici layihələr və təcrübələrdən faydalanaraq daha sistemli yanaşma formalaşdırmağa çalışdıq.

İnklüziv təhsil yalnız akademik deyil, həyati bacarıqların da öyrədilməsini əhatə etdiyindən, onun düzgün təşkili uşağın cəmiyyətə inteqrasiyasını və psixososial inkişafını birbaşa təsir edir”.

2. Bu uşaqlarla işləyərkən onların diqqətini cəmləmək, emosional dünyalarına toxunmaq və öyrənməyə motivasiya etmək üçün hansı fərqli yanaşmalardan istifadə edirsiniz?

“İnklüziv təhsildə uşaqlara yanaşma fərdi olmalıdır — çünki hər diaqnoz fərqli yanaşma tələb edir. Məsələn, diqqət dağınıqlığı və hiperaktivlik hallarında sadə və aydın təlimatlar verilir, tapşırıqlar mərhələlərə bölünür.

Sinif və oyun otaqları sadə və nizami olmalıdır, çünki vizual qarışıqlıq diqqət yayındırır. Uşağın ifadə bacarığı zəifdirsə, fikirlərini şəkil, danışıq və ya jestlərlə ifadə etməsinə şərait yaradılır. Ənənəvi təhsil proqramı fərdiləşdirilərək tətbiq olunmalıdır.

Bu prosesin uğurlu olması üçün valideyn və mütəxəssis arasında davamlı əməkdaşlıq vacibdir”.

3. Onlarla işləyəndə ən çox nədən güc alırsınız – onların baxışından, irəliləyişindən, yoxsa?

“Artıq 7 ildən çoxdur ki, fərqindəliyi olan uşaqlarla çalışıram. “Fərqindəlik” ifadəsi sizə bir az fərqli gələ bilər, çünki mən “əlillik” sözünü heç vaxt sevməmişəm. Onların bizdən fərqli bir dünyası var – bəzən qaranlıq, səs-küylü və anlaşılmaz... Amma bizim üstünlüyümüz onun fərqində olmaqdır.

Uşaqların dünyasını anlamaq üçün gözlərinə baxmaq kifayətdir. Orada dostluq, sevgi və ən əsası — anlaşılmaq arzusu dayanır. Onları anlaya bilməyim və bu anlayışla daha çox uşağa toxunmaq istəyi mənə güc verir. Hər yeni araşdırma ilə birgə yollar tapır, birlikdə irəliləyirik.

Onlar mənim uşaqlarımdır. Sanatoriyada işlədiyim zaman onlara “Aynurun uşaqları” deyirdilər. Sevgi ilə qurulan o münasibət hər kəsin üzündə təbəssüm yaradırdı. Mənə güc verən də məhz bu sevgidir”.

4. Bəzən bir uşaqla illərlə işləyib böyük irəliləyişə nail olursunuz. Belə bir unudulmaz təcrübənizi paylaşa bilərsinizmi?

“Hər bir uşağın mənim yaddaşımda buraxdığı iz fərqlidir. Onların ilk dəfə “ana” və ya “müəllimə” deməsi qəlbdə böyük coşğu yaradır. Peşəkarlıq emosiyaya məhdudiyyət qoysa da, uşaqlar yalnız sevgi və səmimiyyətlə qurulan münasibətə cavab verir.

Unudulmaz təcrübəmdən biri 4 il əvvəl baş verdi. 14 yaşlı serebral iflicli Əli, yay tətilində 14 gün sanatoriyada bizimlə oldu. Onunla açıq havada oyunlar oynayırdıq. Danışmaqda çətinliyi vardı. Lakin 10-cu gün ilk dəfə mənə “müəllimə” deyə səsləndi. Anası ilə birgə bu anı sevinc və göz yaşları ilə qarşıladıq.

Bu hadisə mənə göstərdi ki, işimizi sevgi ilə etdikdə, uşaqlar bu sevgiyə qarşılıq verir və çiçəklənirlər. Bu, işimin ən qiymətli hissəsidir”.

5. Bəzən valideynlər övladlarının xüsusi ehtiyaclarını qəbul etməkdə çətinlik çəkirlər. Bu, uşağın psixoloji inkişafına necə təsir edir və siz valideynlərlə işləyərkən bu problemi necə yönəldirsiniz?

“Valideyn üçün övladının vəziyyətini qəbul etmək düşündüyümüzdən daha çətindir. Bəziləri tez adaptasiya olsa da, zaman keçdikcə emosional və fiziki yorğunluq yaşanır. Bu isə həm valideynin, həm də uşağın psixoloji vəziyyətinə mənfi təsir göstərir.

Ən çox səsləndirilən sual “Mən indi nə etməliyəm?” olur. Bu mərhələdə biz mütəxəssis olaraq valideynə sosial, tibbi və psixoloji riskləri izah edir, müraciət edə biləcəyi dövlət qurumları və dəstək mexanizmləri barədə məlumat veririk.

Valideynin maariflənməsi və psixoloji dəstək alması uşağın inkişafına birbaşa təsir göstərir. Bu məqsədlə fərdi və qrup şəklində təlim və görüşlər təşkil edir, mənəvi yükü paylaşmaq üçün onlara dəstək oluruq”.

6. Hal-hazırda və ya keçmişdə xüsusi ehtiyacı olan uşaqlarla bağlı hansı layihələrdə iştirak etmisiniz?

“15 ay müddətində Quba Şahdağ və Truskavets Sanatoriyalarında Dövlət Sosial Müdafiə Fondu tərəfindən reabilitasiyaya cəlb olunan uşaq və yeniyetmələrlə çalışmışam. V Autizm Festivalında iştirak etmiş, fərqindəliyi olan uşaqların sosiallaşmasına dəstək vermiş, videoçarx hazırlamışam — deyə Aynur Tağıyeva məlumat verib”.


Fəridə Sadıqzadə

News Feed

Məktəblərdə ilkin tibbi yardım: Onlar kimə və necə öyrədilməlidir?05.10.2025 - 13:33
A teacher who made her students’ dreams come true: an inspiring step from Baliton village21.09.2025 - 08:40
Beynəlxalq Təhsil İcmalı - Sentyabr 202519.09.2025 - 16:20
Erkən yaşda xarici dil öyrənmənin faydaları17.09.2025 - 17:39
Çində təhsil alacaq BMU tələbələri Pekində09.09.2025 - 06:40
Məktəbəqədər uşaqların təbiətlə təmasda olması- açıq havada öyrənmənin faydaları05.09.2025 - 11:10
How accessible is entrepreneurship for students?04.09.2025 - 19:17
Winners of the "R.M. 90" programming contest awarded within the framework of the ICPC World Final04.09.2025 - 19:02
The role of industrial training in developing students’ practical skills04.09.2025 - 18:47
Employment opportunities for youth in the agricultural sector04.09.2025 - 18:32
The human brain produces enough energy to power a small light bulb04.09.2025 - 18:15
Azerbaijani cinema is represented with an Oscar-Nominated Film04.09.2025 - 18:00
Meeting with the German religious delegation at the State Committee04.09.2025 - 17:40
The benefits of temporary jobs for students04.09.2025 - 17:20
It was investigated that applicants engaged in sports have a strong memory02.09.2025 - 18:47
The historic al-Nuri Mosque in Mosul reopens after 8 years02.09.2025 - 18:28
Psychological support programs improved students’ performance02.09.2025 - 18:16
Research shows that students who maintain a regular sleep schedule are more productive02.09.2025 - 18:03
The anniversary of Uzeyir Hajibeyov, a great figure of Azerbaijani music has been celebrated02.09.2025 - 18:00
Festivals and exhibitions play an important role in personal development02.09.2025 - 17:45
Expansion of the dual education program through Azerbaijan–Germany cooperation02.09.2025 - 17:30
The main causes of aggression in adolescents and ways of prevention02.09.2025 - 17:15
University graduates’ entry into the job market30.08.2025 - 19:38
Shahmar Akbarzade – A distinguished figure of our national poetry30.08.2025 - 19:24
Which is better: a public university or a private university?30.08.2025 - 19:08
Promotion of vocational education and entrepreneurship30.08.2025 - 18:51
No one lives in these villages in Azerbaijan30.08.2025 - 18:36
Factors that weaken memory in children30.08.2025 - 18:18
How to cope with insomnia: 6 Tips30.08.2025 - 18:03
A documentary reflecting our national values was presented30.08.2025 - 17:47
The importance of internship programs30.08.2025 - 17:32
The next international achievement of AzTU’s Institute of Biomedical Engineering30.08.2025 - 17:17
Methods to memorize a large amount of information in a short time29.08.2025 - 19:52
The first ISO-certified school in India: Birla School at the pinnacle of education29.08.2025 - 19:36
Motivation and encouragement of students who excel in sports competitions29.08.2025 - 19:20
Forgetfulness in children29.08.2025 - 19:05
CUET increases women’s enrollment in universities, but additional support is needed29.08.2025 - 18:50
The Impact of music education in kindergartens on children’s development29.08.2025 - 18:30
TUSAŞ expressed its gratitude to two teams from AzTU29.08.2025 - 18:05
Health issues are prioritized in students’ exam preparation29.08.2025 - 17:45
Restoration work has begun on the historic “Madrasa” monument in Ordubad28.08.2025 - 19:36
A regional conference was held in Gazakh within the framework of the "Year of Constitution and Sovereignty" 28.08.2025 - 19:21
Azerbaijani journalists have been informed about the partnership between our country and NATO28.08.2025 - 19:07
Emil Afrasiyab in the “Our Cultural Homeland” project28.08.2025 - 18:52
Azerbaijani teachers achieved success at the international sports games held in Bulgaria28.08.2025 - 18:37
Azerbaijan's tourism opportunities have been promoted in Thailand28.08.2025 - 18:22
Master classes in football were held at the Absheron Olympic Sports Complex28.08.2025 - 18:07
The joint feature film project between Azerbaijan and Kazakhstan will be realized28.08.2025 - 17:48