Təhsil 365 - Logo Mobile

Ekspertdən rektora etiraz: "Universitet adı milli kimliyə dayanmalıdır, sovet mirasına yox!"

17002.08.2025 - 09:20
Ekspertdən rektora etiraz: "Universitet adı milli kimliyə dayanmalıdır, sovet mirasına yox!"

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) gələcəkdə “Azİİ” adı ilə tanıdılması ideyasına Təhsil İşçilərinin Həmrəyliyi Alyansının (TİHA) sədri, təhsil eksperti Əmrah Həsənli münasibət bildirib. Ekspert bu təşəbbüsü tənqidi dəyərləndirib və bunun strateji baxımdan anlaşılmaz olduğunu qeyd edib.

Əmrah Həsənlinin fikrincə, bu yanaşma bir təhsil brendinin, bir akademik kimliyin formadan məzmuna deyil, əksinə məzmundan forma qaytarılması kimi görünür. Bu barədə, təhsil eksperti “Tehsil365”ə bildirib. O qeyd edib ki, universitetlər yalnız elm ocağı deyil, həm də milli kimliyin daşıyıcıları və strateji düşüncənin mərkəzləridir:

“Belə olduğu halda, universitet adlarının dəyişdirilməsi sıradan bir texniki məsələ kimi deyil, ideoloji və ictimai məsuliyyət çərçivəsində qiymətləndirilməlidir.”

Ekspert “Azİİ” adının təkrar istifadəsinin nə ali təhsil sisteminin çağdaş reallıqları ilə səsləşdiyini, nə də cəmiyyətin gözləntilərinə cavab verdiyini vurğulayıb:

“Abreviaturalar beynəlxalq təcrübədə yalnız o zaman uğurla işləyir ki, həmin ad arxasında yüzillik elmi məktəb, tanınan beynəlxalq mövqe və açıq kommunikasiya strategiyası dayansın. “Azİİ” isə nə bu gün üçün tanınan akademik brenddir, nə də müasir təhsil sisteminə inteqrasiya olunan ad formasıdır.”

Ən önəmli məqamlardan biri kimi təhsil eksperti qeyd edir ki, abbreviatura ictimaiyyətə açıqlama təqdim edilmədən təqdim olunur:

““Azİİ” nəyin qısaltmasıdır? Bu sualın cavabı verilmədikcə, ad da, ideya da qeyri-ciddi görünür.”

Əmrah Həsənli universitetin mövcud adının – Azərbaycan Dövlət Neft və Sənaye Universiteti – bu ali məktəbin mahiyyətini dəqiq əks etdirdiyini vurğulayıb və belə bir brendi dəyişməyin strateji baxımdan yanlış olduğunu bildirib:

“Bu ad neft ölkəsi olan Azərbaycanın mühəndislik, texnologiya və sənaye üzrə ixtisaslaşmış bir elm ocağına sahib olduğunu birbaşa bəyan edir. Bu, qürurverici bir göstəricidir və onu azaltmaq, eybəcər səslənən və heç bir rəsmi təməli olmayan bir adla əvəzləmək sadəcə brend itkisidir”.

Sonda təhsil eksperti qeyd edir ki, əgər məqsəd yenilikdirsə, bu adla deyil, məzmunla və idarəetmə ilə həyata keçirilməlidir:

“Təhsildə dəyişiklik təkcə köhnəni xatırlamaqla deyil, yenini inşa etməklə baş verir. Bu isə keçmişə qayıdaraq deyil, gələcəyə baxaraq mümkündür”.

Rəşanə İsamqızı

News Feed

Məktəblərdə ilkin tibbi yardım: Onlar kimə və necə öyrədilməlidir?05.10.2025 - 13:33
A teacher who made her students’ dreams come true: an inspiring step from Baliton village21.09.2025 - 08:40
Beynəlxalq Təhsil İcmalı - Sentyabr 202519.09.2025 - 16:20
Erkən yaşda xarici dil öyrənmənin faydaları17.09.2025 - 17:39
Çində təhsil alacaq BMU tələbələri Pekində09.09.2025 - 06:40
Məktəbəqədər uşaqların təbiətlə təmasda olması- açıq havada öyrənmənin faydaları05.09.2025 - 11:10
How accessible is entrepreneurship for students?04.09.2025 - 19:17
Winners of the "R.M. 90" programming contest awarded within the framework of the ICPC World Final04.09.2025 - 19:02
The role of industrial training in developing students’ practical skills04.09.2025 - 18:47
Employment opportunities for youth in the agricultural sector04.09.2025 - 18:32
The human brain produces enough energy to power a small light bulb04.09.2025 - 18:15
Azerbaijani cinema is represented with an Oscar-Nominated Film04.09.2025 - 18:00
Meeting with the German religious delegation at the State Committee04.09.2025 - 17:40
The benefits of temporary jobs for students04.09.2025 - 17:20
It was investigated that applicants engaged in sports have a strong memory02.09.2025 - 18:47
The historic al-Nuri Mosque in Mosul reopens after 8 years02.09.2025 - 18:28
Psychological support programs improved students’ performance02.09.2025 - 18:16
Research shows that students who maintain a regular sleep schedule are more productive02.09.2025 - 18:03
The anniversary of Uzeyir Hajibeyov, a great figure of Azerbaijani music has been celebrated02.09.2025 - 18:00
Festivals and exhibitions play an important role in personal development02.09.2025 - 17:45
Expansion of the dual education program through Azerbaijan–Germany cooperation02.09.2025 - 17:30
The main causes of aggression in adolescents and ways of prevention02.09.2025 - 17:15
University graduates’ entry into the job market30.08.2025 - 19:38
Shahmar Akbarzade – A distinguished figure of our national poetry30.08.2025 - 19:24
Which is better: a public university or a private university?30.08.2025 - 19:08
Promotion of vocational education and entrepreneurship30.08.2025 - 18:51
No one lives in these villages in Azerbaijan30.08.2025 - 18:36
Factors that weaken memory in children30.08.2025 - 18:18
How to cope with insomnia: 6 Tips30.08.2025 - 18:03
A documentary reflecting our national values was presented30.08.2025 - 17:47
The importance of internship programs30.08.2025 - 17:32
The next international achievement of AzTU’s Institute of Biomedical Engineering30.08.2025 - 17:17
Methods to memorize a large amount of information in a short time29.08.2025 - 19:52
The first ISO-certified school in India: Birla School at the pinnacle of education29.08.2025 - 19:36
Motivation and encouragement of students who excel in sports competitions29.08.2025 - 19:20
Forgetfulness in children29.08.2025 - 19:05
CUET increases women’s enrollment in universities, but additional support is needed29.08.2025 - 18:50
The Impact of music education in kindergartens on children’s development29.08.2025 - 18:30
TUSAŞ expressed its gratitude to two teams from AzTU29.08.2025 - 18:05
Health issues are prioritized in students’ exam preparation29.08.2025 - 17:45
Restoration work has begun on the historic “Madrasa” monument in Ordubad28.08.2025 - 19:36
A regional conference was held in Gazakh within the framework of the "Year of Constitution and Sovereignty" 28.08.2025 - 19:21
Azerbaijani journalists have been informed about the partnership between our country and NATO28.08.2025 - 19:07
Emil Afrasiyab in the “Our Cultural Homeland” project28.08.2025 - 18:52
Azerbaijani teachers achieved success at the international sports games held in Bulgaria28.08.2025 - 18:37
Azerbaijan's tourism opportunities have been promoted in Thailand28.08.2025 - 18:22
Master classes in football were held at the Absheron Olympic Sports Complex28.08.2025 - 18:07
The joint feature film project between Azerbaijan and Kazakhstan will be realized28.08.2025 - 17:48