Təhsil 365 - Logo Mobile

Regionlarda qızların təhsili: Ənənə, ailə təzyiqi və hüquqlar arasında seçim

44802.08.2025 - 18:20
Regionlarda qızların təhsili: Ənənə, ailə təzyiqi və hüquqlar arasında seçim

Son illər ölkəmizdə təhsil sahəsində mühüm islahatlar aparılsa da, regionlarda qız uşaqlarının təhsilə çıxış imkanları hələ də bərabər səviyyədə deyil.

“Tehsil365” xəbər verir ki, gender bərabərliyi hüquqi sənədlərdə təmin olunsa da, bəzi rayon və kəndlərdə sosial stereotiplər, ailə təzyiqi və iqtisadi səbəblər qızların təhsil həyatına mənfi təsir göstərir. Ən acınacaqlısı isə odur ki, bu hallar bir çox hallarda erkən nikahlarla nəticələnir.

Qız uşaqlarının təhsildən kənarda qalmasının əsas səbəblərindən biri ənənəvi ailə düşüncə tərzidir. Bəzi ailələr qızların yalnız ailə və məişət işlərinə hazırlaşmalı olduğunu düşünür, onların ali təhsilə ehtiyac duymadığını hesab edirlər. Belə yanaşmalar, xüsusilə kiçik rayon və kəndlərdə hələ də aktualdır.

Bundan əlavə, ailə daxili təzyiq və icma təsiri də qızların təhsildən uzaqlaşdırılmasında rol oynayır. “Qız oxusa nə olacaq?”, “Onsuz da evlənəcək” kimi düşüncələr bəzi valideynləri məktəb yaşına çatmış və ya orta məktəbdə oxuyan qızlarını məktəbdən çıxarmağa vadar edir. Təhsilini davam etdirmək istəyən bəzi qızlar isə ailə daxilində emosional və sosial təzyiqlərə məruz qalır, nəticədə susmağa məcbur olurlar.

Ən narahatedici hal isə erkən nikahlardır. 16–17 yaşlı qızların ailə qurmağa məcbur edilməsi onların həm təhsil, həm də şəxsi inkişaf yolunu birdəfəlik bağlayır. Statistikalara görə, regionlarda erkən nikahların sayı hələ də azalmayıb və bu hallar bir çox hallarda qızların orta məktəbi belə bitirməməsi ilə nəticələnir.

Bununla yanaşı, bəzi regionlarda müsbət dəyişikliklər də müşahidə olunur. Dövlət proqramları, QHT layihələri və maarifləndirici təşəbbüslər nəticəsində bir sıra ailələrdə qızların təhsilinə münasibət dəyişməyə başlayıb. Lakin bu proses hələ də qeyri-bərabər templə gedir və sistemli yanaşma tələb edir.

Qız uşaqlarının təhsildən kənarda qalması təkcə fərdi yox, həm də cəmiyyət üçün ciddi itkidir. Təhsilli qadın daha güclü ailə, sağlam cəmiyyət və inkişaf etmiş gələcək deməkdir. Regionlarda bu problemin həlli üçün təkcə hüquqi mexanizmlər deyil, həm də maarifləndirmə, psixoloji dəstək və ictimai təsir strategiyaları lazımdır. Hər bir qız uşağı seçmək, oxumaq və öz həyatını özü qurmaq hüququna malikdir. Bu hüququn təmin olunması isə cəmiyyətin birgə və vicdanlı səyləri ilə mümkündür.

Türkan Kərimli

News Feed

Official information on student admission to Karabakh University for the 2025/2026 academic year06.08.2025 - 19:59
The power of youth in the regions: The volunteering movement06.08.2025 - 19:48
Tourists from Georgia visit the Heydar Aliyev Center in Lerik District06.08.2025 - 19:32
The 193rd Anniversary of Khurshidbanu Natavan – A Jewel of Azerbaijani Poetry06.08.2025 - 19:15
44 new historical monuments discovered in liberated territories – Significant changes made to the list06.08.2025 - 19:05
ADA University continues to support the development of education in the regions06.08.2025 - 18:50
Improving education quality discussed – Bahruz Mehdiyev held a meeting with educational leaders06.08.2025 - 18:37
Admission counseling center operating at ASAU06.08.2025 - 18:28
Summer school organized in the liberated territories06.08.2025 - 18:15
Seeking balance in education: How will Scotland address the funding shortfall?06.08.2025 - 18:00
Admission announced for the Faculty of Medicine at the University of Health Sciences of Turkiye05.08.2025 - 19:58
Two Azerbaijani animated films to be featured at International Festival05.08.2025 - 19:45
High school student Ibrahim Hajiyev achieves success at International Olympiad!05.08.2025 - 19:28
A major reform in India’s foreign payment policy for students05.08.2025 - 19:17
AUL graduate to pursue master's studies in London05.08.2025 - 19:05
Info session on the Dual Degree Program in “Biotechnology” between Baku State University and the Hebrew University of Jerusalem05.08.2025 - 18:55
The 3rd International Scientific Conference to be held in Mingachevir05.08.2025 - 18:42
Double gold medalist of the RFO applies to Karabakh University05.08.2025 - 18:30
The 6th summer camp of diaspora youth dedicated to the “Year of Constitution and Sovereignty” has opened05.08.2025 - 18:15
Changing educational habits after the pandemic: The school attendance problem in the US05.08.2025 - 18:00
International Education Opportunity witAU and Ege University!04.08.2025 - 19:59
Religious education program in Texas sparks debate04.08.2025 - 19:52
Karabakh University students achieve success at the “Cyber Summer School 2025”04.08.2025 - 19:40
Admission to 75 degree programs to be offered at Baku State University (BSU)04.08.2025 - 19:27
Professor from Seoul National University visits Azerbaijan University of Languages04.08.2025 - 19:11
Studying abroad: Advantages, challenges and the trend of returning home04.08.2025 - 19:00
School inspections in England to be updated: Proposed changes fail to satisfy teachers04.08.2025 - 18:42
Tuition fees increased in England and Wales – student debt also on the rise04.08.2025 - 18:33
School uniform requirement reintroduced for Students in Turkiye04.08.2025 - 18:23
The “Parla” scholarship and development program wins in two categories at the 2025 Stevie Awards for Great Employers04.08.2025 - 18:11
"GradFEST2025" graduation festival concludes successfully03.08.2025 - 20:00
The State University building will be renovated03.08.2025 - 19:50
New trends in higher education: Which specializations do students prefer in 2025?03.08.2025 - 19:40
ATMU participates in the higher education institutions exhibition03.08.2025 - 19:28
Italian farmers respond to social media tourists: Turnstiles and entry fees in the mountains03.08.2025 - 19:11
80% of Students in India Gain Admission to Desired Programs Through GRE Scores03.08.2025 - 18:55
“Summer Fest 2025” – Youth Legal Awareness and Festival03.08.2025 - 18:37
The Psychological impact of insults and blackmail on children and adolescents on social media03.08.2025 - 18:23
The World Bank plays a significant role in global education03.08.2025 - 18:12
Immigration raids in the US disrupt school attendance – Students Gripped by Fear03.08.2025 - 18:00
Maestro Niyazi’s Legacy Honored at Memorial Event02.08.2025 - 19:13
Our Schoolchildren win three medals at the International Olympiad in Informatics02.08.2025 - 18:55
An Exhibition Dedicated to Azerbaijani Cinema Day Presented at the National Library02.08.2025 - 18:32
Film Director Ayaz Salayev Awarded Honorary Diploma02.08.2025 - 18:10
Özəl məktəbəqədər təhsil müəssisələrinin əməkdaşları üçün MTİS təlimi keçirilib -FOTO 01.08.2025 - 06:15
PLA founding day celebrated at the Azerbaijan University of Languages27.07.2025 - 19:15
UN General Assembly Adopts Artificial Intelligence Resolution Proposed by Tajikistan26.07.2025 - 19:14
Azerbaijani athletes win 6 more medals at the European Youth Paralympic Games26.07.2025 - 19:07