Ölkədə rəqəmsal iqtisadiyyatın inkişafına və rəqabətqabiliyyətli insan kapitalının formalaşdırılmasına dəstək vermək məqsədilə həyata keçirilən "4Si Akademiyası - Milli Proqram" çərçivəsində 12 mindən çox beynəlxalq kurs yaşından və ixtisasından asılı olmayaraq Azərbaycan vətəndaşları üçün tamamilə ödənişsiz təqdim olunur.
“Tehsil365” xəbər verir ki, bu günədək minlərlə şəxsin yararlandığı platformanın 4-cü mərhələsi üçün qeydiyyat davam edir.
Qeydiyyatdan keçən hər bir iştirakçı 5 avqust tarixində lisenziya əldə edəcəkdir.
Qeydiyyat linki: https://form.4sim.gov.az/