Təhsil 365 - Logo Mobile

"Bir günlük qərar, bir ömürlük peşmanlıq"

15605.08.2025 - 10:41
"Bir günlük qərar, bir ömürlük peşmanlıq"

İxtisas seçimi zamanı hansı səhvlərə yol veririk? Gənclərin arzuları ailə və cəmiyyət təzyiqlərinin kölgəsində qalanda nə baş verir? Bal, maraq yoxsa gəlirli sahə – hansı amil önəmlidir? “Tehsil365”ə müsahibəsində təhsil eksperti Əmrah Həsənli bu suallara cavab verdi və gənclərə uğurlu seçim üçün dəyərli tövsiyələrini paylaşdı:

  1. Sizə ixtisas seçimi ilə bağlı müraciət edən abituriyent və valideynlərdə ən çox rastladığınız yanlış yanaşmalar hansılardır və bu, cəmiyyət üçün nə kimi problemlər yaradır?

    “İxtisas seçimi ilə bağlı ən çox rast gəldiyim yanlış yanaşma – prosesə sırf bal əsaslı baxmaqdır. Yəni gəncin hansı peşəyə marağı var, hansı sahədə özünü xoşbəxt və faydalı hiss edə bilər – bunlar kənarda qalır. Təəssüf ki, ailələr və bəzən gənclər özləri də bu qərarı bir növ “bal hara, mən ora” prinsipi ilə verirlər. Digər böyük yanlış isə stereotiplərlə seçim etməkdir: məsələn, “filan ixtisas hörmətlidir”, “filankəs oxuyub indi yaxşı yaşayır” və ya “bu sahə dəbdədir”. Halbuki hər gəncin fərdi maraqları, potensialı, şəxsiyyət tipi və həyata baxışı fərqlidir. Bu cür yanlış yanaşmalar nəticədə istedadların boşa getməsi, işindən narazı, motivasiyasız, peşəsini sevməyən, zamanla psixoloji tükənməyə uğrayan bir nəsil formalaşdırır. Və daha geniş miqyasda baxsaq, bu yanaşma cəmiyyətin inkişafına da mənfi təsir edir, çünki uyğun sahədə olmayan insan həmin sahədə innovasiya və ya irəliləyiş yarada bilmir”.

  1. İxtisas seçiminə gənclərin yanaşmasını necə qiymətləndirirsiniz — şəxsi maraq, topladıqları bal, yoxsa ailənin və cəmiyyətin gözləntiləri üstünlük təşkil edir?

    “Təəssüf ki, bu gün gənclərin ixtisas seçiminə yanaşması hələ də çox hallarda özlərinə deyil, kənar amillərə – ailənin, cəmiyyətin və ya topladıqları balın diktəsinə əsaslanır. Ən gözəl yanaşma, təbii ki, şəxsi maraq və bacarıqlar üzərində qurulmuş qərardır. Ancaq bu, daha çox özünü tanıyan, təlim-tərbiyəsində bu şüura dəstək verilmiş, çevrəsində dəstəkçi böyüklər olan gənclərdə müşahidə olunur. Əksər hallarda isə ailə “filan peşə sabit gəlir verir”, cəmiyyət isə “filan ixtisas hörmətlidir” deyərək, gəncin düşüncəsini qabaqlayır. Gənclər də çox vaxt özlərini tanımadan bu təzyiqlər qarşısında seçim edirlər. Nəticədə isə bəzən illər sonra “kaş başqa sahəni seçərdim” deyə peşmanlıqlar yaranır”.

  1. “Gəlirli ixtisas seç” deyə valideynlər tərəfindən edilən təzyiqlər gənclərin gələcək karyerasına necə təsir edir?

    “Bu, çox yayılmış, amma çox təhlükəli bir yanaşmadır. Təbii ki, heç kim övladının çətinlik içində yaşamasını istəmir, lakin sırf maddi motivli seçimlər gənclərin uzunmüddətli karyera rifahını təmin etmir. Çünki insan sevmədiyi bir sahədə nə uzun müddət qala bilir, nə də inkişaf edə bilir. Gəlirli hesab olunan bir sahəyə yönəlmək, amma bu sahədə daxili motivasiyasız olmaq zamanla peşə tükənmişliyinə gətirib çıxarır. Üstəlik, hansı sahənin gəlirli olduğu da dövrə, bazara və texnoloji dəyişikliklərə görə dəyişir. Bu gün “gəlirli” hesab olunan sahə sabah sıradan bir istiqamətə çevrilə bilər. Əsl gəlirlilik, əsl sabitlik – insanın sevdiyi sahədə bacarıq qazanması, dəyər yaratması və bununla da bazarda dəyərli mütəxəssisə çevrilməsidir”.

4. İxtisas seçimi zamanı ən çox rast gəlinən 3 səhv nədir və bunların qarşısını necə almaq olar?

“Ən çox rast gəlinən səhvlərdən biri – dediyim kimi – sırf bal əsasında seçim etməkdir. İkinci böyük səhv — kənar təzyiqlərlə, ailənin və ya ətrafın istəklərinə əsasən qərar verməkdir. Üçüncü səhv isə özünü tanımadan, peşələr haqqında yetərli araşdırma aparmadan seçim etməkdir. Bəzən gənclər sırf adı xoş gələn və ya prestijli görünən bir sahəni seçirlər, amma içində nə oxunduğunu belə bilmirlər. Bu səhvlərin qarşısını almağın ən sağlam yolu peşə yönümü testlərindən, fərdi maraq və bacarıqların təhlilindən keçmək, təcrübəli mütəxəssislərlə məsləhətləşmək və öz daxili səsinə qulaq asmaqdır. Bu prosesdə gəncin özü qədər, valideynlərin də maarifləndirilməsi çox vacibdir”.

5. Peşəkar təcrübənizdə, seçimindən sonra ixtisasını dəyişmək istəyən və ya peşmanlıq yaşayan gənclərə necə tövsiyələr edərsiniz ki, “bir günlük qərar” onların “ömürlük peşmanlığı” olmasın?

“İxtisas seçimi, bəli, çox önəmli qərardır. Amma bu, həyatın son qərarı deyil. Gənclərə hər zaman deyirəm: bu gün səhv etdiyinizi düşündüyünüz qərar, sabah sizin yeni başlanğıcınıza çevrilə bilər. Təcrübəmdə çox insan görmüşəm ki, universitetin ortasında və ya bitirdikdən sonra tam fərqli sahələrə keçiblər və bu, onlar üçün daha uğurlu olub. Yəni “peşman oldum” demək, nöqtə yox, bir vergidir. Əsas odur ki, həmin peşmanlıq sizi hərəkətə keçirsin, özünüzü daha dərindən tanımağa vadar etsin və yeni yol axtarışına ilham versin. Gənclərə tövsiyəm odur ki, qərar verməmişdən əvvəl özünüzə vaxt verin, təzyiqlərdən uzaq düşünün, informasiya toplayın və ixtisası yox, gələcək həyat tərzinizi təsəvvür edərək seçim edin. Bu qərar bir gün içində yaranmasın, amma uzun illərin rahatlığını versin”.




Fəridə Sadıqzadə

News Feed

Geomaqnit qasırğası müşahidə olunur07.11.2025 - 17:13
Məktəbəqədər və ümumi təhsil üzrə ictimai dinləmə keçirilib31.10.2025 - 17:30
Mədəniyyət Nazirliyində Türkmənistan nümayəndə heyəti ilə görüş keçirilib13.10.2025 - 13:20
Məktəblərdə ilkin tibbi yardım: Onlar kimə və necə öyrədilməlidir?05.10.2025 - 13:33
A teacher who made her students’ dreams come true: an inspiring step from Baliton village21.09.2025 - 08:40
Beynəlxalq Təhsil İcmalı - Sentyabr 202519.09.2025 - 16:20
Erkən yaşda xarici dil öyrənmənin faydaları17.09.2025 - 17:39
Çində təhsil alacaq BMU tələbələri Pekində09.09.2025 - 06:40
Məktəbəqədər uşaqların təbiətlə təmasda olması- açıq havada öyrənmənin faydaları05.09.2025 - 11:10
How accessible is entrepreneurship for students?04.09.2025 - 19:17
Winners of the "R.M. 90" programming contest awarded within the framework of the ICPC World Final04.09.2025 - 19:02
The role of industrial training in developing students’ practical skills04.09.2025 - 18:47
Employment opportunities for youth in the agricultural sector04.09.2025 - 18:32
The human brain produces enough energy to power a small light bulb04.09.2025 - 18:15
Azerbaijani cinema is represented with an Oscar-Nominated Film04.09.2025 - 18:00
Meeting with the German religious delegation at the State Committee04.09.2025 - 17:40
The benefits of temporary jobs for students04.09.2025 - 17:20
It was investigated that applicants engaged in sports have a strong memory02.09.2025 - 18:47
The historic al-Nuri Mosque in Mosul reopens after 8 years02.09.2025 - 18:28
Psychological support programs improved students’ performance02.09.2025 - 18:16
Research shows that students who maintain a regular sleep schedule are more productive02.09.2025 - 18:03
The anniversary of Uzeyir Hajibeyov, a great figure of Azerbaijani music has been celebrated02.09.2025 - 18:00
Festivals and exhibitions play an important role in personal development02.09.2025 - 17:45
Expansion of the dual education program through Azerbaijan–Germany cooperation02.09.2025 - 17:30
The main causes of aggression in adolescents and ways of prevention02.09.2025 - 17:15
University graduates’ entry into the job market30.08.2025 - 19:38
Shahmar Akbarzade – A distinguished figure of our national poetry30.08.2025 - 19:24
Which is better: a public university or a private university?30.08.2025 - 19:08
Promotion of vocational education and entrepreneurship30.08.2025 - 18:51
No one lives in these villages in Azerbaijan30.08.2025 - 18:36
Factors that weaken memory in children30.08.2025 - 18:18
How to cope with insomnia: 6 Tips30.08.2025 - 18:03
A documentary reflecting our national values was presented30.08.2025 - 17:47
The importance of internship programs30.08.2025 - 17:32
The next international achievement of AzTU’s Institute of Biomedical Engineering30.08.2025 - 17:17
Methods to memorize a large amount of information in a short time29.08.2025 - 19:52
The first ISO-certified school in India: Birla School at the pinnacle of education29.08.2025 - 19:36
Motivation and encouragement of students who excel in sports competitions29.08.2025 - 19:20
Forgetfulness in children29.08.2025 - 19:05
CUET increases women’s enrollment in universities, but additional support is needed29.08.2025 - 18:50
The Impact of music education in kindergartens on children’s development29.08.2025 - 18:30
TUSAŞ expressed its gratitude to two teams from AzTU29.08.2025 - 18:05
Health issues are prioritized in students’ exam preparation29.08.2025 - 17:45
Restoration work has begun on the historic “Madrasa” monument in Ordubad28.08.2025 - 19:36
A regional conference was held in Gazakh within the framework of the "Year of Constitution and Sovereignty" 28.08.2025 - 19:21
Azerbaijani journalists have been informed about the partnership between our country and NATO28.08.2025 - 19:07
Emil Afrasiyab in the “Our Cultural Homeland” project28.08.2025 - 18:52
Azerbaijani teachers achieved success at the international sports games held in Bulgaria28.08.2025 - 18:37