Pedaqoq Aysel Rəsulzadənin fikrincə, məktəbəqədər təhsilin məcburi olması həm ailələr, həm də cəmiyyət üçün müsbət nəticələr verə bilər. Lakin bu məcburiyyətin tətbiqi bir sıra şərtlər daxilində olmalıdır. Əgər təhsil sistemi sistemli, keyfiyyətli və əlçatan şəkildə qurularsa, bu addım cəmiyyət üçün yük deyil, investisiyaya çevrilər.
O qeyd edir ki, bölgələrdə infrastrukturun zəifliyi, ixtisaslı kadr çatışmazlığı və maddi çətinliklər nəzərə alınmadan bu proses məcbur edilərsə, bir çox valideynlər üçün əlavə problem yarana bilər.
Pedaqoq bildirir: “Əsas məsələ, valideynləri maarifləndirməkdir. Məktəbəqədər təhsilin uşağın gələcək inkişafı üçün nə qədər vacib olduğunu anlatmaq lazımdır. Bu zaman valideynlər özləri də könüllü şəkildə bu addımı atacaqlar.”
Onun sözlərinə görə, dövlət dəstəyi, çevik proqramlar və keyfiyyətli kadr hazırlığı sayəsində məktəbəqədər təhsil sahəsindəki yükü minimuma endirmək mümkündür.