Təhsil 365 - Logo Mobile

Əmrah Həsənli: “Təhsil artıq məkansızlaşıb və sərhədləri aradan qaldırıb”

26310.08.2025 - 11:59
Əmrah Həsənli: “Təhsil artıq məkansızlaşıb və sərhədləri aradan qaldırıb”

Təhsil eksperti Əmrah Həsənli müasir dövrdə ənənəvi məktəb anlayışının yeganə öyrənmə məkanı funksiyasını itirdiyini bildirib. Onun sözlərinə görə, onlayn platformalar, açıq məzmun bankları və texnologiyalar istənilən yaşda və yerdə keyfiyyətli bilik əldə etməyi mümkün edir.”Tehsil365”ə müsahibəsində ekspert mövzuyla bağlı öz fikirlərini bölüşdü:

Müasir dünyada ənənəvi məktəb sistemindən fərqli olaraq, insanların yeni bilik və bacarıqları necə və harada öyrəndiklərini müşahidə edirsiniz? Sizcə, təhsil almağın “məkanı” və “forması” necə dəyişir?

—"Müasir təhsil mühiti o qədər sürətlə dəyişir ki, ənənəvi məktəb anlayışı artıq “yeganə öyrənmə məkanı” funksiyasını itirib. Əvvəllər bilik əldə etmək üçün mütləq bir ünvan – məktəb, universitet və ya kitabxana lazım idisə, bu gün informasiya texnologiyaları, onlayn təhsil platformaları və açıq məzmun bankları həmin sərhədləri tamamilə aradan qaldırıb. İstər 15 yaşlı bir məktəbli, istərsə də 50 yaşlı bir peşəkar dünyanın istənilən nöqtəsindən nüfuzlu universitetlərin dərslərinə qoşula bilir. Bu, həm coğrafi, həm maliyyə, həm də vaxt baxımından bərabərləşdirici bir prosesdir. Ən önəmlisi isə təhsilin forması dəyişib – passiv dinləmə yerini interaktiv iştirak, müzakirə, layihə əsaslı iş və fərdi təcrübə ilə öyrənmə trendinə verib. Məsələn, bir gəncin Google və ya Harvard onlayn kursundan aldığı sertifikatla öz ölkəsində işə qəbul olunması, təhsilin məkansızlaşmasının real nümunəsidir.”

İnsanların ömürlük öyrənmə prosesinə daxil olması üçün təhsil necə daha maraqlı və əlçatan hala gətirilə bilər? Həyatın müxtəlif mərhələlərində fərqli təhsil yollarının rolu nədir?

— “Ömürlük öyrənmə məsələsinə gəldikdə, burada iki əsas amil önə çıxır – maraq və əlçatanlıq. Maraqlılıq o zaman yaranır ki, təhsil mövzusu real həyatla əlaqələndirilir. Əgər insan öyrəndiyi biliklərin dərhal gündəlik həyatında və ya iş mühitində tətbiqini görə bilirsə, motivasiya qat-qat artır. Əlçatanlıq isə yalnız qiymət məsələsi deyil; vaxtın optimallaşdırılması, texnoloji vasitələrin sadəliyi, məzmunun anlaşıqlı təqdimatı da buraya daxildir. Təhsilin həyat mərhələlərinə görə fərqli formatlarda olması isə zərurətdir: uşaqlıqda – təməl bilik və bacarıqlar; gənclikdə – istiqamət və ixtisaslaşma; yetkin yaşda – dəyişən iqtisadi və texnoloji mühitə uyğun yenidən öyrənmə. Artıq beynəlxalq şirkətlər əməkdaşlarının 40-50 yaşdan sonra yenidən təhsil almağını dəstəkləyir, çünki biliklər sürətlə köhnəlir.”

Gənclərin yalnız məktəb dərslərindən kənar, fərqli təcrübə və biliklər qazanmaları onların gələcək karyerasına və şəxsi inkişafına necə təsir edir? Real həyat nümunələri və uğurlu təcrübələr haqqında nə deyə bilərsiniz?

—”Məktəb dərslərindən kənar təcrübələr bəzən gənclərin gələcəyinə akademik nailiyyətlərdən daha çox təsir göstərir. Könüllülük fəaliyyəti, startap layihələri, xarici təcrübə proqramları və sosial təşəbbüslər gənclərə komanda işi, liderlik, ünsiyyət, adaptasiya və problem həll etmə kimi XXI əsr bacarıqları qazandırır. Azərbaycanda belə nümunələr kifayət qədər çoxdur — məsələn, tələbəlik dövründə beynəlxalq tələbə təşkilatlarında fəaliyyət göstərmiş gənclərin sonradan həm yerli, həm də xarici şirkətlərdə yüksək vəzifələrə yüksəlməsi, yaxud kənd məktəbində oxuyub xaricdə texnologiya sahəsində uğur qazanmış gənclər kimi. Bu təcrübələr gənci yalnız peşəkar baxımdan deyil, həm də sosial və mədəni sahədə zənginləşdirir.”

Azərbaycanda formal və qeyri-formal təhsilin inteqrasiyası və inkişafı üçün hansı addımlar atılmalıdır?

— “Azərbaycanda formal və qeyri-formal təhsilin inteqrasiyası hələ tam formalaşmayıb, amma potensial böyükdür. Formal təhsil əsas nəzəri bazanı və diplomu təmin edir, qeyri-formal təhsil isə praktiki bacarıqları inkişaf etdirir. Bu ikisini birləşdirmək üçün məktəblərdə layihə əsaslı öyrənmə modellərinin tətbiqi, universitetlərdə real sektorla birgə təcrübə proqramları, sahibkarlıq və innovasiya mərkəzlərinin tələbələrə açıq olması vacibdir. Eyni zamanda, qeyri-formal təhsil sektorunda keyfiyyət standartlarının müəyyənləşdirilməsi və dövlət tərəfindən tanınması tələb olunur. Əgər bu proses düzgün qurulsa, məzunlar yalnız diplomla deyil, həm də əmək bazarında dərhal istifadə edə biləcəkləri bacarıqlarla silahlanmış olacaqlar.”

Müasir təhsil ənənəvi məktəb təhsili ilə əlavə kurslar, treninqlər və özünütəhsil kimi alternativ yollar arasında necə bir tarazlıq yaradılmalıdır ki, insanın bilik və bacarıqları daha effektiv inkişaf etsin?

—“Tarazlıq məsələsində isə ən ideal model “hibrid yanaşma”dır. Ənənəvi təhsil insanın düşüncə strukturunu formalaşdırır, elmi biliklərin əsaslarını verir və dərin analiz qabiliyyəti qazandırır. Lakin sürətlə dəyişən texnoloji və sosial mühitdə yalnız bu baza ilə kifayətlənmək mümkün deyil. Ona görə də əlavə kurslar, beynəlxalq sertifikatlar, peşəkar təlimlər, mentorluq proqramları və özünütəhsil resursları bu sistemi tamamlamalıdır. Beləliklə, insan həm nəzəri baxımdan güclü, həm də dəyişən reallıqlara çevik adaptasiya ola bilən bir mütəxəssisə çevrilir. Bu, həm fərdin şəxsi inkişafını, həm də ölkənin insan kapitalının keyfiyyətini yüksəldir – ekspert vurğulayıb.”

Fəridə Sadıqzadə

News Feed

Məktəblərdə ilkin tibbi yardım: Onlar kimə və necə öyrədilməlidir?05.10.2025 - 13:33
A teacher who made her students’ dreams come true: an inspiring step from Baliton village21.09.2025 - 08:40
Beynəlxalq Təhsil İcmalı - Sentyabr 202519.09.2025 - 16:20
Erkən yaşda xarici dil öyrənmənin faydaları17.09.2025 - 17:39
Çində təhsil alacaq BMU tələbələri Pekində09.09.2025 - 06:40
Məktəbəqədər uşaqların təbiətlə təmasda olması- açıq havada öyrənmənin faydaları05.09.2025 - 11:10
How accessible is entrepreneurship for students?04.09.2025 - 19:17
Winners of the "R.M. 90" programming contest awarded within the framework of the ICPC World Final04.09.2025 - 19:02
The role of industrial training in developing students’ practical skills04.09.2025 - 18:47
Employment opportunities for youth in the agricultural sector04.09.2025 - 18:32
The human brain produces enough energy to power a small light bulb04.09.2025 - 18:15
Azerbaijani cinema is represented with an Oscar-Nominated Film04.09.2025 - 18:00
Meeting with the German religious delegation at the State Committee04.09.2025 - 17:40
The benefits of temporary jobs for students04.09.2025 - 17:20
It was investigated that applicants engaged in sports have a strong memory02.09.2025 - 18:47
The historic al-Nuri Mosque in Mosul reopens after 8 years02.09.2025 - 18:28
Psychological support programs improved students’ performance02.09.2025 - 18:16
Research shows that students who maintain a regular sleep schedule are more productive02.09.2025 - 18:03
The anniversary of Uzeyir Hajibeyov, a great figure of Azerbaijani music has been celebrated02.09.2025 - 18:00
Festivals and exhibitions play an important role in personal development02.09.2025 - 17:45
Expansion of the dual education program through Azerbaijan–Germany cooperation02.09.2025 - 17:30
The main causes of aggression in adolescents and ways of prevention02.09.2025 - 17:15
University graduates’ entry into the job market30.08.2025 - 19:38
Shahmar Akbarzade – A distinguished figure of our national poetry30.08.2025 - 19:24
Which is better: a public university or a private university?30.08.2025 - 19:08
Promotion of vocational education and entrepreneurship30.08.2025 - 18:51
No one lives in these villages in Azerbaijan30.08.2025 - 18:36
Factors that weaken memory in children30.08.2025 - 18:18
How to cope with insomnia: 6 Tips30.08.2025 - 18:03
A documentary reflecting our national values was presented30.08.2025 - 17:47
The importance of internship programs30.08.2025 - 17:32
The next international achievement of AzTU’s Institute of Biomedical Engineering30.08.2025 - 17:17
Methods to memorize a large amount of information in a short time29.08.2025 - 19:52
The first ISO-certified school in India: Birla School at the pinnacle of education29.08.2025 - 19:36
Motivation and encouragement of students who excel in sports competitions29.08.2025 - 19:20
Forgetfulness in children29.08.2025 - 19:05
CUET increases women’s enrollment in universities, but additional support is needed29.08.2025 - 18:50
The Impact of music education in kindergartens on children’s development29.08.2025 - 18:30
TUSAŞ expressed its gratitude to two teams from AzTU29.08.2025 - 18:05
Health issues are prioritized in students’ exam preparation29.08.2025 - 17:45
Restoration work has begun on the historic “Madrasa” monument in Ordubad28.08.2025 - 19:36
A regional conference was held in Gazakh within the framework of the "Year of Constitution and Sovereignty" 28.08.2025 - 19:21
Azerbaijani journalists have been informed about the partnership between our country and NATO28.08.2025 - 19:07
Emil Afrasiyab in the “Our Cultural Homeland” project28.08.2025 - 18:52
Azerbaijani teachers achieved success at the international sports games held in Bulgaria28.08.2025 - 18:37
Azerbaijan's tourism opportunities have been promoted in Thailand28.08.2025 - 18:22
Master classes in football were held at the Absheron Olympic Sports Complex28.08.2025 - 18:07
The joint feature film project between Azerbaijan and Kazakhstan will be realized28.08.2025 - 17:48