“2025-ci ilin I yarısında 141 nəfərə fəlsəfə doktoru elmi dərəcəsinin verilməsindən imtina edilib, 285 nəfərə isə fəlsəfə doktoru elmi dərəcəsi təqdim olunub”.
“Tehsil365” xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 2025-ci ilin I yarısında elmi dərəcələrin verilməsi və ya verilməsindən imtina edilməsi ilə bağlı yaydığı məlumatda qeyd edilib.
Bildirilib ki, elmlər doktoru dərəcəsi ilə bağlı 14 nəfərin elmi dərəcəsinin verilməsindən imtina olunub, 51 nəfər isə bu dərəcəni alıb.