24-25 sentyabr 2025-ci ildə Bakıda “Times Higher Education” və Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Avrasiya Universitetlərinin Sammiti” keçiriləcək, tədbirdə 50-dən çox spiker və 350-dən artıq iştirakçı yer alacaq.
24-25 sentyabr 2025-ci il tarixlərində Elm və Təhsil Nazirliyinin dəstəyi və “Times Higher Education” beynəlxalq reytinq agentliyinin birgə təşkilatçılığı ilə Bakıda “THE Avrasiya Universitetlərinin Sammiti” baş tutacaq.
“Transmilli tədqiqat: bilikdən qlobal təsirə doğru” mövzusuna həsr olunan tədbirdə 50-dən artıq beynəlxalq spiker, 150-yə yaxın qurumu təmsil edən 350-dən çox iştirakçı yer alacaq. Sammit çərçivəsində qlobal tədqiqatın təsiri, Dayanıqlı İnkişaf Məqsədləri və qitələrarası əməkdaşlıq imkanları müzakirə ediləcək.