Təhsil 365 - Logo Mobile

Azyaşlılara qarşı cinayətlərdə cəzalar sərtləşdirilməlidir? - Hüquqşünas

10312.08.2025 - 11:57
Azyaşlılara qarşı cinayətlərdə cəzalar sərtləşdirilməlidir? - Hüquqşünas

Ötən günlərdə Sabirabadda cəmiyyətimizi narahat edən xoşagəlməz bir hadisə baş verdi. Söhbət azyaşlı uşağa qarşı etik çərçivəyə sığmayan hərəkətdən gedir. Məlumata görə, hadisəni törədən şəxs artıq hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Belə hallara görə  xüsusilə azyaşlılara qarşı törədilən qeyri-etik və qanunazidd əməllərə qarşı Azərbaycan qanunvericiliyinin yanaşması necədir?  Ümumiyyətlə, bu kimi ağır hadisələrin qarşısını almaq və digər insanlara görk olmaq məqsədilə cəzaların daha sərt və təsirli formada tətbiqi zərurətə çevrilmirmi?

“Tehsil365” azEdu.az-a istinadən xəbər verir

mövzu ilə bağlı Vəkillər Kollegiyasının üzvü Babək Umudov danışıb. 

O qeyd edib ki, Azərbaycan Respublikasının cinayət qanunvericiliyi azyaşlılara qarşı edilən bu cür əxlaqsız cinayət əməllərinə görə kifayət qədər sərt cəza tədbirləri nəzərdə tutmur.

"Cinayət əməlinin təqsirkar üçün aşkar surətdə azyaşlı şəxsə qarşı törədilməsi cəzanı ağırlaşdıran hallardan biridir. Cinayət Məcəlləmizin 152-ci maddəsinə əsasən, 14-16 yaşlı (16 yaşına çatmayan) şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə 1 ildən 3 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Eyni əməllər 12-14 yaşlı (14 yaşına çatmayan) şəxs barəsində törədildikdə 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə 3 ildən 6 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır".

Azadlıqdan məhrumetmə nə təqsirkarı çəkindirir, nə də azyaşlının ömürlük travmasına adekvat tədbir deyil

"Cinayət Məcəlləsinin 153-cü maddəsinə görə, 16 yaşına çatmayan şəxsə qarşı zor tətbiq etmədən əxlaqsız hərəkətlər törətmə, habelə həmin şəxsi cinsi zorakılıq hərəkətləri və ya seksual fəaliyyəti müşahidə etməyə cəlb etmə 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə 3 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Eyni əməllər 14 yaşına çatmayan şəxs barəsində törədildikdə 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə 2 ildən 5 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Hesab edirəm ki, Azərbaycan Respublikasının cinayət qanunvericiliyi azyaşlılara qarşı edilən bu cür əxlaqsız cinayət əməllərinə görə kifayət qədər sərt cəza tədbirləri nəzərdə tutmur. Belə ki, yuxarıda göstərilən müddətlərdə azadlıqdan məhrum etmə təqsirkarın əməllərdən çəkindirilməsini tam təmin edə bilmədiyi kimi, azyaşlının yaşadığı və bir ömür onunla qalacaq travmaların qarşılığında adekvat tədbirlər deyil".

Rəşanə İsamqızı

News Feed

110 schools in Germany will have modern educational infrastructure22.08.2025 - 18:12
Spanish Overtakes French for the First Time: Language Choices in GCSEs are changing22.08.2025 - 17:55
Our school students achieved success at the International Olympiad on Astronomy and Astrophysics22.08.2025 - 17:40
The 6th International Conference on Problems of Cybernetics and Informatics will be held22.08.2025 - 17:25
Azerbaijani film at the Venice international film festival22.08.2025 - 17:10
A new "Economics" textbook has been presented in Greece21.08.2025 - 19:28
Azerbaijani students have achieved success at the Olympiad held in India21.08.2025 - 19:13
The ICAFS 2025 international conference will be held in Romania, organized by ADNSU21.08.2025 - 18:58
A book dedicated to the jubilee of writer and publicist Rashad Majid has been published21.08.2025 - 18:43
Pakistani tourism companies visit Azerbaijan21.08.2025 - 18:13
The appointment process for 10,000 teachers has begun in Greece21.08.2025 - 18:01
Preparations for the PIRLS study are underway21.08.2025 - 17:36
The Ancient cultural heritage of Azerbaijan is showcased internationally21.08.2025 - 17:22
Azerbaijani youth will study at the University of Cambridge21.08.2025 - 17:11
Applications to Saint Petersburg State University have increased by 50%20.08.2025 - 19:15
Meeting with producers of film projects that have advanced to the pitching stage20.08.2025 - 18:55
The collaboration between BMU and Samarkand State University has been discussed20.08.2025 - 18:40
An exhibition titled “Kazakhstan’s History in Kazinform Photographs” has opened in Astana20.08.2025 - 18:28
BANM students won an international innovation competition20.08.2025 - 18:25
The Secretary-General of TÜRKSOY was awarded the Order of Hungary20.08.2025 - 18:10
Mingachevir State University participated in the “Innostart Grand Final – Demo Day” event20.08.2025 - 17:55
Chemists have developed dual inhibitors of certain enzymes20.08.2025 - 17:40
Inha University lecturer: Working with students at BEU is a valuable experience for me20.08.2025 - 17:25
Azerbaijani children shined at the International Art Festival20.08.2025 - 17:11
A bibliographic index titled “The Ideology of Azerbaijaniism” has been published19.08.2025 - 19:25
Ayla Qafar’s work received a special award at the exhibition held in Seoul19.08.2025 - 19:12
Students will study at Stanford University within the framework of the State Program19.08.2025 - 18:57
Chile and Saxony universities strengthen cooperation19.08.2025 - 18:38
A meeting was held in Ganja with a European award-winning boxer19.08.2025 - 18:20
An ADNSU student's research project was chosen as the best among over 120 presentations at an international scientific program19.08.2025 - 18:02
The most in-demand majors in the world and their future prospects19.08.2025 - 17:52
Pakistani students are shaping a new wave in international education19.08.2025 - 17:37
Azerbaijani youth will study at the University of Oxford19.08.2025 - 17:22
High-ranking TÜRKSOY officials gathered in Trabzon19.08.2025 - 17:09
ADNSU graduate presents research material at the “EuPA 2025” conference18.08.2025 - 19:30
“Baku Cinema Breeze” – World cinema masters to meet in Baku18.08.2025 - 19:15
Moscow college students achieved success at the “Archipelago 2025” UAV competition18.08.2025 - 19:02
Farid Gayibov received the delegation of Moroccan youth on an official visit to our country18.08.2025 - 18:52
The Korean teacher highly praised the knowledge of BEU students18.08.2025 - 18:37
International achievement of Fikret Amirov art school students18.08.2025 - 18:22
ADNSU students participated in the "Cyber Summer School 2025" International Summer Camp18.08.2025 - 18:07
"Arabic Language Month" in Azerbaijan is being held as a result of long-term cooperation – Abdullah Al-Washmi18.08.2025 - 17:51
Our compatriots from Georgia took part in the festival held in Goygol18.08.2025 - 17:35
Our gymnasts achieve success at the world games18.08.2025 - 17:20
An international conference on innovation and sustainable development to be held at Nakhchivan State University18.08.2025 - 17:10
The "Adıgün" Turkish Folk Folklore Ensemble was warmly received at the Yaylaq Festival17.08.2025 - 19:30
Placement opportunities for new teachers in Greece from the first year17.08.2025 - 19:16
Tuition fees increased at Azerbaijan Medical University17.08.2025 - 19:00