Gənclər ölkəmizi dünyanın nüfuzlu ali təhsil müəssisələrində təmsil etmək hüququ qazanıblar
Tehsil365 xəbər verir ki növbəti "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2028-ci illər üçün Dövlət Proqramı" çərçivəsində 2025/26-cı tədris ili üçün "Maarifçi" proqramının qalibləri müəyyən olunub.
Bu proqramın qalibləri dünyanın nüfuzlu ali məktəblərində təhsil almaq şansı qazanıblar. Onlar ölkəmizi beynəlxalq səviyyədə layiqincə təmsil edəcək gənclərdir.
Cari və məzun "Maarifçi"ləri bu möhtəşəm uğurları münasibətilə təbrik edir, onlara gələcək təhsil və karyeralarında böyük nailiyyətlər arzu edirik