Avqustun 13-ü Qarabağ Regional Təhsil İdarəsinin əməkdaşları arasında intellektual yarış təşkil olunub. Yarışın əsas məqsədi idarə əməkdaşları arasında bilik və bacarıqların artırılması, həmçinin peşəkar mühitdə qarşılıqlı əməkdaşlığın gücləndirilməsidir.
“Tehsil365” xəbər verir ki, yarış zamanı iştirakçılar müxtəlif mövzularda sualları cavablandıraraq biliklərini sınayıblar. Tədbir həm maarifləndirici, həm də əyləncəli formada keçərək iştirakçılara intellektual mühitdə özünü sınamaq imkanı yaradıb.
Tədbir həmçinin əməkdaşlar arasında dostluq və əməkdaşlıq ruhunun möhkəmlənməsinə töhfə verib.