Məktəblərdə zorakılıq və müəllimlərə qarşı fiziki hücum halları son illərdə rekord həddə çatıb.
Tehsil365 xəbər verir ki, OECD-nin məlumatlarına görə, Avstraliya məktəblərində zorakılıq, zorbalıq və sinif daxilində narahatlıq halları kəskin şəkildə artıb. 15 yaşlı şagirdlərin dörddə biri hər ay zorbalığa məruz qaldığını bildirir. 2017–2022-ci illər arasında müəllimlərə qarşı fiziki hücum halları 56% artıb. Viktoriya əyalətində isə bu rəqəm 2,279-dan 12,000-ə qədər yüksəlib. Təhlükəsizliklə bağlı narahatlıq valideynlərin bir hissəsini uşaqlarını distant təhsilə yönləndirməyə vadar edib.