Qobustan Gənclər Evində “Evrenin Askerleri” filmi nümayiş olunub. Tədbirdə iştirak edən gənclər ekran əsərində əks olunan hadisələr vasitəsilə dostluq, fədakarlıq və cəsarət mövzularını daha yaxından hiss ediblər.
“Tehsil365” xəbər verir ki, film nümayişindən sonra mövzu ətrafında maraqlı müzakirələr aparılıb, gənclər öz fikir və təəssüratlarını bölüşüblər.
Tədbir gənclərin mədəni maariflənməsi və mənəvi dəyərlərin təbliği məqsədilə keçirilib.