Xaçmaz rayon Heydər Əliyev Mərkəzində Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Xaçmaz rayonu üzrə gənclər və idman sektorunun və Xaçmaz rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə "Konstitusiya və Suverenlik İli" çərçivəsində "12 avqust - Beynəlxalq Gənclər Günü"nə həsr olunmuş dəyirmi masa keçirilmişdir.
"Tehsil365” xəbər verir ki, Xaçmaz rayonu üzrə gənclər və idman sektorunun müdiri Elman Məmmədov "12 avqust - Beynəlxalq Gənclər Günü"nün təsis edilməsi tarixçəsi, bütün dünya gənclərinin qarşılıqlı münasibətlərinin, təcrübə mübadiləsinin aparılması, ölkə gənclər təşkilatlarının beynəlxalq arenada təmsil olunması sahəsində görülən işlər haqqında danışmışdır.
Daha sonra çıxış edənlər Xaçmaz rayon Heydər Əliyev Mərkəzinin direktoru Könül Əsgərova, GKİM-nin Xaçmaz rayonu üzrə nümayəndəsi Ceyhun Fərzəliyev və ATİAHİ Xaçmaz rayon Komitəsinin sədri Yaşar Abbasov müvafiq mövzu ətrafında mülahizələrini bildirərək, gənclərə dəyərli tövsiyələr və məsləhətlər veriblər. İştirakçı gənclər də rayonda dövlət gənclər siyasətinin həyata keçirilməsində özlərinin verdiyi töhfələr haqqında danışmış, gənclərimizin beynəlxalq arenaya daha çox inteqrasiya olunmasına dair təkliflərini bildiriblər.
Rayonda gənclər tədbirlərində fəal iştirak edən gənclərə Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin fəxri fərmanları təqdim edilmişdir. Dəyirmi masada 17 nəfər iştirak etmişdir.
Tədbirin keçirilmısində məqsəd əlamətdar günün qeyd olunması, gənc nəsli dövlət gənclər siyasətinin rayonda həyata keçirilməsində yaxından iştirak etməyə təşviq etməkdən ibarət olmuşdur.