Mingəçevir Dövlət Universiteti (MDU) magistratura səviyyəsində boş qalan plan yerlərinə qəbul prosesinə start verib. Qəbul Dövlət İmtahan Mərkəzinin müəyyən etdiyi qaydalar əsasında həyata keçirilir.
Mingəçevir Dövlət Universitetindən “Tehsil365”ə məlumat verilib ki, ali təhsil müəssisələrinin magistratura pilləsinin boş qalan plan yerlərinə qəbul olmaq istəyən namizədlər 13–18 avqust tarixləri arasında ixtisaslaşma seçimi aparacaqlar. Bu müddətdə bakalavrlar onlayn şəkildə müraciət edərək mövcud ixtisaslar üzrə seçimlərini edə biləcəklər.
Qeyd edək ki, boş qalan plan yerlərinə qəbul prosesi, əsas yerləşdirmə mərhələsində yer tutmayan və ya yenidən ixtisas seçmək istəyən namizədlər üçün əlavə imkan yaradır. Bu mərhələ MDU-da magistratura təhsili almaq arzusunda olan gənclərə ikinci şans verir.