Qarabağ Universiteti 2025/2026-cı tədris ili üçün yeni tələbə qəbulu elan edib.
Qarabağ Universitetindən “Tehsil365”ə məlumat verilib ki, ali təhsil müəssisəsi innovativ təhsil proqramları, müasir infrastrukturu və ixtisaslaşmış müəllim heyəti ilə gələcəyini peşəkar səviyyədə qurmaq istəyən gəncləri gözləyir.
Universitetdə bakalavriat və magistratura pilləsində müxtəlif ixtisaslar üzrə təhsil almaq mümkündür. Tələbələr həm nəzəri, həm də praktiki biliklərə yiyələnərək əmək bazarında rəqabətqabiliyyətli kadrlar kimi yetişdirilirlər.
Qarabağ Universiteti ilə gələcəyini qurmaq istəyən hər kəs qəbul şərtləri və müraciət qaydaları barədə ətraflı məlumatı universitetin rəsmi saytından əldə edə bilər.