Naxçıvan Dövlət Universitetində yüksək nəticə göstərən tələbələr 900 manatadək təqaüd qazana və “Tələbə Evi”ndən tam ödənişsiz yararlana bilərlər.
Naxçıvan Dövlət Universitetindən “Tehsil365”ə məlumat verilib ki, bundan əlavə, universitet tələbələr üçün 42 fərqli təqaüd imkanları təqdim edir. Bu təşəbbüslər gənclərin təhsil prosesində maddi dəstəklə təmin olunmasını və təhsil keyfiyyətinin artırılmasını hədəfləyir.
Universitetin məqsədi tələbələrə həm akademik, həm də sosial dəstək göstərərək onların inkişafını təmin etməkdir.