Formal, informal və qeyri-formal təhsil arasında fərqlər nələrdir?
“Tehsil365” Təhsildə Keyfiyyət Təminatı Agentliyinə istinadən xəbər verir ki, formal təhsil dövlət təhsil sənədinin verilməsi ilə başa çatan təhsil formasıdır. Ümumi təhsil, peşə təhsili, orta ixtisas təhsili, ali təhsil, yenidənhazırlanma təhsili, təkrar ali və ya orta ixtisas təhsili dövlət təhsil sənədinin verilməsi ilə başa çatdığı üçün formal təhsil hesab edilir.
İnformal təhsil isə özünütəhsil yolu ilə biliklərə yiyələnmənin formasıdır. Yəni, gündəlik həyatımızda müxtəlif mənbələrdən maraq dairəmizə və ya ehtiyaclarımıza uyğun olaraq (daha çox təcrübəyə əsaslanan) əldə edilən səriştələr bura aid edilə bilər.
Qeyri-formal təhsil müxtəlif kurslarda,dərnəklərdə və fərdi məşğələlərdə əldə edilən təhsil formasıdır.