Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinə gələn namizədlər aşağıdakı sənədlərin əslini təqdim etməlidirlər:
Şəxsiyyəti təsdiq edən sənəd; Ali, orta ixtisas, magistratura və ya yenidənhazırlanma təhsili haqqında sənəd və ona əlavə; Xarici ölkələrdə alınmış təhsilin tanınması və ekvivalentliliyi haqqında şəhadətnamə.
İnsan resursları mərkəzindən “Tehsil365”ə məlumat verilib ki, faktiki yaşayış rayonuna uyğun həvəsləndirmə tədbirlərindən yararlanacaq namizədlər əlavə olaraq faktiki yaşayış yeri arayışı təqdim etməlidirlər.
Qeyd edək ki, namizədlər şəxsi səhifəsində göstərilən tarixdə müsahibədə iştirak etməsələr, bu, vakant yerdən imtina kimi qiymətləndiriləcək və həmin şəxslərin müddətli müqavilə ilə işə qəbul turlarında iştirakı təmin edilməyəcək.