Məktəbdənkənar təhsil uşaq, yeniyetmə və gənclərin maraq, meyil və bacarıqlarının, intellektual səviyyələrinin, yaradıcı qabiliyyətlərinin inkişafı, fiziki imkanlarının artırılmasını təmin edən təhsil növüdür.
“Tehsil365” Elm və Təhsil Nazirliyinə istinadən məktəbdənkənar təhsilin fəaliyyət istiqamətlərini təqdim edir:
Uşaq, yeniyetmə və gənclərin meyil, maraq və bacarıqlarının müəyyənləşdirilməsi və оnların yaradıcılığının, asudə vaxtının təşkilinin, fiziki inkişafının təmin edilməsi;
Respublikada yüksək səviyyəli idmançıların hazırlanması istiqamətində zəruri tədbirlərin həyata keçirilməsi, sərgi, baxış-müsabiqə, festival, bayram, yarış, spartakiada və s. tədbirlərin təşkili;
Şagird və tələbələrin zərərli vərdişlərdən qorunması, sağlam həyat tərzinin təbliği və s. istiqamətlərdə maarifləndirmə tədbirlərinin hazırlanması və həyata keçirilməsi;
Məktəbdənkənar təhsilin istiqamətləri üzrə sənədlərin layihəsinin hazırlanması və təsdiq olunması üçün zəruri tədbirlərin görülməsi, məktəbdənkənar müəssisələrin proqram, plan, metodik və normativ sənədlərlə təminatının təşkil edilməsi.