Avqustun 20-dən etibarən müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinə başlanılır. Ümumilikdə 3957 namizədin dəvət olunduğu müsahibələr avqustun 26-dək davam edəcək.
İnsan resursları mərkəzindən “Tehsil365”ə məlumat verilib ki, müsahibə zamanı namizədlərin peşəkar kompetensiyaları, psixoloji hazırlığı və ümumi dünyagörüşü xüsusi proqram əsasında müvafiq komissiya tərəfindən qiymətləndiriləcək. Bu mərhələdə uğur qazanan namizədlər ümumi təhsil müəssisələrində müddətsiz əmək müqaviləsi ilə çalışma imkanı əldə edəcəklər.
Qeyd olunub ki, şəxsi səhifəsində göstərilən tarixdə müsahibədə iştirak etməyən namizədlərin bu qərarı vakant yerdən imtina kimi qəbul ediləcək. Belə namizədlərin müddətli müqavilə ilə işə qəbul turlarında iştirakına da icazə verilməyəcək.