“Enactus Azərbaycan”ın İdarə Heyətinin üzvlərindən ibarət münsiflər heyətinin qərarı ilə Qarabağ Universitetinin Enactus komandası 2025-ci il üzrə Enactus Azərbaycan Milli Yarışının qalibi elan edilib. Komanda 25-28 sentyabr tarixlərində Taylandda keçiriləcək Enactus Dünya Kubokunda ölkəmizi təmsil edəcək.
“Tehsil365” xəbər verir ki, münsiflər heyətinin qərarına əsasən, Naxçıvan Dövlət Universitetinin Enactus komandası ikinci, Bakı Ali Neft Məktəbinin Enactus komandası isə üçüncü yerə layiq görülüb.