IELTS imtahanının qlobal nümayəndəsi və ortaq sahibi IDP Education 2025-ci ilin maliyyə hesabatında ciddi itkilər açıqlayıb. Şirkətin brüt mənfəəti 21% azalaraq 525,8 milyon dollara, tələbə yerləşdirmə həcmi isə əsas bazarlarda siyasət məhdudiyyətləri səbəbindən 29% geriləyib.
"Tehsil365" xəbər verir ki, bu barədə "The Pie News" məlumat yayıb.
Ən böyük azalma Hindistanda IELTS imtahan iştirakçılarında qeydə alınıb – 50% düşüş. Kanada (-56%), ABŞ (-25%), Avstraliya (-22%) və Böyük Britaniyada (-18%) da geriləmə olub. Əvəzində Yeni Zelandiya (+40%) və İrlandiyada (+37%) artım müşahidə edilib.
Ümumilikdə, IELTS gəlirləri 15% azalaraq 410,7 milyon dollara enib. Şirkət artıq 7,6 milyon dollarlıq restrukturizasiya xərci çəkib və xərcləri azaltmaq üçün “çoxillik transformasiya” proqramı başladığını açıqlayıb.
IDP CEO-su Tennealle O’Shannessy bildirib ki, bu proqram 2026-cı ildən etibarən şirkətə 25 milyon dollarlıq xərclərin azaldılmasını təmin edəcək.