Böyük Britaniyada valideynlər məktəb formalarının yüksək qiymətləri səbəbindən ciddi maliyyə çətinlikləri yaşayır. Çoxları uşaqları üçün forma almaq əvəzinə “Community Wardrobe” kimi geyim mərkəzlərindən istifadə edir. Çoxlu ailələr yemək və geyim arasında seçim etmək məcburiyyətində qaldıqlarını bildirir.
"Tehsil365" xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
“Uşaq Assosiasiyası”nın sorğusuna görə valideynlərin 44%-i forma təminatında problemlə üzləşib, bəziləri isə bunu ödəyə bilmədikləri üçün cəzalandırılıb və ya məktəbdən kənarlaşdırılıb. Yardım təşkilatları valideynlərin borca girdiyini və gündəlik əsas ehtiyaclar arasında seçim etməyə məcbur olduqlarını deyir.
Hökumət 2026/27-ci tədris ilindən etibarən məktəblərdə markalı formaların sayını məhdudlaşdırmağı planlaşdırır. Təhsil naziri bildirib ki, forma vacibdir, amma ailələrin büdcəsini sarsıtmamalıdır.