Yunanıstan Təhsil Naziri Sofya Zacharaki, ibtidai sinifdən liseyə qədər şagirdlərin yüksək qiymətlər alması və üstün nailiyyət göstəricilərinin artmasından narahatlığını Parlamentdə açıqlayıb.
"Tehsil365" xəbər verir ki, bu barədə "AlfaVita" məlumat yayıb.
Nazir bildirib ki, ifrat qiymətləndirmə məktəb qiymətlərinin etibarlılığına və akademik bacarıqların düzgün əks olunmasına təsir edir. Bu səbəbdən Lisey Təhsili üzrə müstəqil orqan (ADIPPDE) şagirdlərin keçid və məzuniyyət prosedurlarını nəzərdən keçirəcək və lisey diplomunun etibarlılığını təmin edəcək təklif hazırlayacaq.
2024-2025 tədris ilində kriteriyalara cavab verən orta məktəb və lisey şagirdlərinə üstün nailiyyət mükafatları və xüsusi təşəkkürlər veriləcək. Nazir qeyd edib ki, qiymətləndirmə prosesi pedaqoji inkişaf və təhsil keyfiyyətinin artırılmasına xidmət edəcək.