Belarus Təhsil Nazirliyi 1 sentyabrdan etibarən orta məktəblərdə şagirdlərin və müəllimlərin dərs zamanı mobil telefonlardan istifadə etməsini qadağan edib.
"Tehsil365" xəbər verir ki, bu barədə "Радыё Свабода" məlumat yayıb.
Yeganə istisna, sağlamlıq səbəbləri ilə, məsələn, diabet xəstəsi şagirdlərin qan şəkəri səviyyəsini izləmək üçün cihaz istifadəsidir. Qaydaları pozan şagirdlərə məktəb tərəfindən xəbərdarlıq, qeyd və ya valideynlə görüş tədbirləri tətbiq oluna bilər.