İngiltərədə aparılan bir tədqiqat göstərib ki, hər üç uşaqdan biri məktəbdən sonra, beşdə biri isə həftə sonları açıq havada oynamır. Exeter Universitetinin 2.500 uşaq üzərində apardığı araşdırma açıq havada oyunun uşaqların sosial və emosional bacarıqlarını gücləndirdiyini ortaya qoyub.
"Tehsil365" xəbər verir ki, bu barədə "The Guardian" məlumat yayıb.
Mütəxəssislər xəbərdarlıq edirlər ki, açıq hava fəaliyyətlərinin azalması obezlik, stress və depressiya riskini artırır. Onların fikrincə, təhlükəsiz küçələr, oyun dostu məhəllələr və daha çox yaşıl sahə yaradılması uşaqların həm sağlamlığına, həm də sosial inkişafına müsbət təsir göstərə bilər.