1988-ci ildə Kalkuttada qurulan bu gün MP Birla Vəqfi Liseyində 3000-ə yaxın şagird təhsil alır. Məktəb həm akademik, həm də dərsdənkənar nailiyyətləri ilə tanınır, məzunları isə tibb, mühəndislik, elm və incəsənət sahələrində uğur qazanıblar.
"Tehsil365" xəbər verir ki, bu barədə "Education Times" məlumat yayıb.
Müasir texnologiyalarla təchiz olunmuş siniflər, mentorluq sistemi və sağlam təhsil mühiti ilə seçilən məktəb 2019-cu ildə ISO 45001:2018 sertifikatı alan Hindistanda ilk təhsil müəssisəsi olub. “Times School Survey” 2023 və 2024 nəticələrinə görə isə məktəb Qərbi Benqalın Cənubi 24 Parqanas bölgəsində akademik mükəmməlliyə görə birinci yerə layiq görülüb.