Hindistanda süni intellekt Robotika, Kibertəhlükəsizlik və Data Elmi üzrə BTech proqramlarına tələbələr arasında maraq rekord həddə çatıb. AICTE-nin (Texniki Təhsil Şurası) 2024-25-ci ildən kolleclərdə kontingent məhdudiyyətini ləğv etməsi nəticəsində qeydiyyatlar kəskin artıb.
"Tehsil365" xəbər verir ki, bu barədə "Education Times" məlumat yayıb.
Məsələn, süni intellekt üzrə qeydiyyat son beş ildə 4,500-dən 21 minə yüksəlib, Data Elmi və Makine Öyrənməsi sahələrində isə on minlərlə artım müşahidə olunub. Mütəxəssislər bildirir ki, bu proqramlar gənclərə yüksək maaşlı iş imkanları açsa da, hökumət siyasəti onların dövlət sektorunda və akademik sahədə də bərabər imkanlar əldə etməsinə yönəlməlidir.