2025/26-cı tədris ilindən Belarus məktəblərinin proqramında dəyişikliklər ediləcək. Əsas yeniliklərdən biri ibtidai sinifdən XI sinfə qədər bədən tərbiyəsi dərslərinin sayının ikidən üçə qaldırılmasıdır. 10-11-ci siniflərdə isə oğlan və qızlar iki dərsdə ayrı, birində isə birlikdə iştirak edəcəklər.
"Tehsil365" xəbər verir ki, bu barədə "Радыё Свабода" məlumat yayıb.
Tarix fənnində də dəyişiklik edilib – “Belarus Tarixi” və “Dünya Tarixi” əvəzinə “Dünya Tarixi Kontekstində Belarus Tarixi” dərsi tədris olunacaq. Kənd məktəbləri və hərbi liseylərin XI sinif şagirdləri üçün sürücülük kursları da başlayır.
Ən çox müzakirə doğuran yenilik isə “Dörd pervaneli pilotsuz uçuş aparatının idarə olunmasının əsasları” dərsidir. Mütəxəssislər bunu Rusiyanın hərbi proqramlarının təkrarı və uşaqların gələcəkdə hərbi məqsədlərə cəlb olunmasına hazırlıq kimi qiymətləndirirlər.