Rusiya Təhsil və Elm Nazirliyi 2025-ci ilin sonuna qədər 15 dünya səviyyəli universitet kampusunun inşası üçün müsabiqələr təşkil edəcək. Bu barədə Baş nazirin müavini Dmitri Çernişenko Novosibirskdəki Technoprom-2025 forumunda bildirib.
"Tehsil365" xəbər verir ki, bu barədə TACC məlumat yayıb.
2036-cı ilə qədər Rusiyada “Gənclər və Uşaqlar” milli layihəsi çərçivəsində ən azı 40 dünya səviyyəli kampusun qurulması planlaşdırılır. Novqorod, Sahalin, Çelyabinsk, Samara, Kalininqrad və Sverdlovskda müasir kampuslar inşa olunur. 2025-ci ildə Yekaterinburqda Ural Federal Universiteti və Kalininqrada İmmanuel Kant Baltik Federal Universiteti fəaliyyətə başlayacaq.
Technoprom-2025 forumu 27-30 avqust tarixlərində keçiriləcək, əsas mövzusu “Elm, Kadr, Sənaye: Texnoloji Liderliyin Əsas Faktorları”dır.