ABŞ Daxili Təhlükəsizlik Nazirliyi (DHS), beynəlxalq tələbə vizalarında “status müddəti” siyasətini ləğv etməyi planlaşdırır. Yeni qaydaya görə, F-1 və J-1 vizələri proqramın müddəti ilə məhdudlaşacaq, məsələn bakalavr üçün dörd il. Tələbələr proqram və ya ixtisas dəyişmək istəsələr, DHS-dən icazə almalı olacaqlar.
"Tehsil365" xəbər verir ki, bu barədə "University World News" məlumat yayıb.
Nazirlik bunu “milli təhlükəsizlik” və “sui-istifadənin qarşısının alınması” ilə əsaslandırsa da, universitetlər və beynəlxalq təşkilatlar qərara etiraz edir. Onların fikrincə, bu dəyişiklik əlavə bürokratik maneələr yaradacaq, ABŞ-ın xaricdən tələbə cəlb etmə imkanlarını azaldacaq və ölkə iqtisadiyyatına mənfi təsir göstərəcək.
Tənqidçilər bildirir ki, beynəlxalq tələbələr artıq SEVIS sistemi vasitəsilə ciddi şəkildə izlənilir. Yeni siyasət qəbul edilərsə, tələbələrin ABŞ-ı seçmək ehtimalı daha da azalacaq.