Kanadada tələbə vizası müraciətlərinin rədd olunma göstəricisi son on ilin ən yüksək səviyyəsinə qalxıb. Rəsmi məlumatlara görə, 2025-ci ilin yanvar-iyul aylarında müraciət edənlərin 62%-i qəbul edilməyib.
"Tehsil365" xəbər verir ki, bu barədə "The Pie News" məlumat yayıb.
Əsas səbəblər arasında tələbələrin təhsil sonrası ölkəni tərk etməyəcəkləri şübhəsi və maliyyə çatışmazlığı göstərilir. 2024-cü ildə maliyyə təminatı tələbi 10 min dollardan 20,635 dollara qaldırıldıqdan sonra, rəddlərin böyük hissəsi məhz maliyyə şübhələri ilə əsaslandırılıb.
Xüsusilə Hindistanlı tələbələr daha çox təsirlənib – son aylarda müraciət edən hər beş nəfərdən dördü rədd cavabı alıb.
Ekspertlər bildirir ki, bu sərtləşmə Kanadanın beynəlxalq tələbə cəlbetmə imkanlarını azaldacaq və ölkə iqtisadiyyatına mənfi təsir göstərə bilər.