Rusiya İnsan Haqları Şurasının sədri Valeriy Fadeyev bildirib ki, ev tapşırığı tədris prosesinin ayrılmaz hissəsidir və ondan imtina etmək olmaz.
"Tehsil365" xəbər verir ki, "Российская газета" məlumat yayıb.
Onun sözlərinə görə, bəzi nümunə göstərilən məktəblərdə şagirdlərə ev tapşırığı verilməsə də, onlar dərslərdən sonra müəllim nəzarətində məşğələlərdə iştirak edirlər.
Fadeyev əlavə edib ki, faydasız və formal ev tapşırıqları uşaqlara zərər verə bilər, lakin ümumilikdə tapşırıqların ləğvi doğru deyil.