Yunanıstanda ilk dörd özəl universitet şöbəsi təsdiqləndi. 2025-ci ilin oktyabrından fəaliyyətə başlayacaq bu universitetlərdə 2025-2026 tədris ilində 1 500-ə yaxın tələbənin qəbul olunması gözlənilir.
'"Tehsil365" xəbər verir ki, bu barədə "AlfaVita" məlumat yayıb.
Eyni zamanda, bir çox xarici universitetlərin şəbə açma müraciətləri rədd edilib. Onlar ya çatışmazlıqları aradan qaldırıb növbəti ildə yenidən müraciət etməli, ya da hüquqi addım ata bilərlər.
Yeni şəbələr ölkədə ali təhsilin beynəlxalqlaşması və rəqabət mühitini gücləndirəcək.