Təhsil 365 - Logo Mobile

Xaricdə təhsil proqramları: təqaüd imkanları və çətinliklər – təhsil eksperti Rasim Həsənzadə ilə MÜSAHİBƏ

22631.08.2025 - 16:31
Xaricdə təhsil proqramları: təqaüd imkanları və çətinliklər – təhsil eksperti Rasim Həsənzadə ilə MÜSAHİBƏ

Xaricdə təhsil Azərbaycan gənclərinin həm akademik, həm də şəxsi inkişafında mühüm rol oynayır. Bu istiqamətdə mövcud imkanlar və qarşıya çıxan çətinliklər barədə təhsil eksperti Rasim Həsənzadə “Tehsil365”ə müsahibəsində fikirlərini bölüşdü:

– Xaricdə təhsil proqramları gənclərə hansı sahələr üzrə daha geniş imkanlar təqdim edir?

“Xaricdə təhsil gənclərə yalnız bir ixtisas üzrə biliklər qazandırmır, həm də onların dünyagörüşünü, mədəniyyətlərarası ünsiyyət bacarıqlarını və liderlik keyfiyyətlərini inkişaf etdirir. Ən geniş imkanlar ənənəvi olaraq mühəndislik, informasiya texnologiyaları, biznes və idarəetmə sahələrində müşahidə olunur. Bu sahələrdə dünyanın nüfuzlu universitetləri nəzəri biliklərlə praktikanı birləşdirən proqramlar təklif edirlər.

Son illərdə isə sosial elmlərə – xüsusilə təhsil elmləri, beynəlxalq münasibətlər, hüquq, ekoloji davamlılıq və iqlim dəyişiklikləri ilə bağlı ixtisaslara maraq artıb.

Ekspertin sözlərinə görə, qlobal problemlərin həlli üçün mütəxəssislərə artan tələbat bu proqramlara marağı gücləndirir. Azərbaycanlı gənclər üçün də bu sahələr yeni perspektivlər açır, çünki ölkənin inkişafında bu istiqamətlər mühüm əhəmiyyət kəsb edir”.

– Bu proqramlara qəbul olunmaq üçün gənclərin ən çox çətinlik çəkdiyi mərhələ hansıdır – dil tələbi, maliyyə məsələsi, yoxsa sənəd prosesi?

Ekspert hesab edir ki, hər üç mərhələnin özünəməxsus çətinlikləri var, lakin əsas problem dil tələbi ilə bağlıdır:

“İxtisasım ingilis dili müəllimi olduğundan rahatlıqla deyə bilərəm ki, təhsil müəssisələrimiz ingilis dilini keyfiyyətli şəkildə öyrədə bilmir. Universitetdə bir neçə semestr ingilis dili tədris olunsa da, tələbə özünü ifadə etməkdə çətinlik çəkir və kurslara müraciət etməyə məcbur qalır. Halbuki yüksək reytinqli universitetlər IELTS, TOEFL və digər beynəlxalq sertifikatları tələb edir.”

İkinci əsas çətinlik maliyyə ilə bağlıdır. Həsənzadə qeyd edir ki, bəzi ölkələrdə təhsil haqqı və gündəlik xərclər kifayət qədər yüksəkdir:

“Mən hazırda Türkiyədə doktorantura təhsilimi ‘Türkiye Bursları’ proqramı ilə davam etdirirəm. Şəxsi təcrübəmdən deyə bilərəm ki, düzgün təqaüd seçimi gənclərin həm təhsilinə, həm də gələcək karyerasına ciddi təsir göstərir. Üstəlik, yeni ölkədə insanın ağlına gəlməyən əlavə kitab, gündəlik ev əşyaları və sənədləşmə ilə bağlı xərclər də ortaya çıxır.”

Üçüncü mərhələ isə sənəd prosesidir. Ekspertin fikrincə, vaxtında tərcümə və təsdiq edilmiş təhsil sənədləri, motivasiya məktubu, tövsiyələr və CV qəbul üçün həlledici rol oynayır. Bu mərhələ mürəkkəb görünsə də, düzgün istiqamətləndirmə ilə daha rahat keçmək mümkündür.

– Azərbaycan gəncləri üçün xüsusi təqaüd və ya güzəşt imkanları təqdim edən proqramlar varmı?

“Bəli, belə imkanlar var”deyən Rasim Həsənzadə həm hökumətlərarası müqavilələr, həm də beynəlxalq təşkilatların proqramlarının mövcud olduğunu bildirir. O, bir neçə nümunə də sadalayır:

Türkiye Bursları – Türkiyədə bakalavr, magistratura, doktorantura səviyyəsində və araşdırma proqramında tam təqaüdlü təhsil imkanı yaradır.

Erasmus Mundus Joint Master Degrees – Avropa İttifaqı tərəfindən dəstəklənən bu proqram tələbələrə bir neçə Avropa ölkəsində magistr təhsili almağa imkan yaradır. Təqaüd bütün xərcləri – təhsil haqqını, səyahət və yaşayış xərclərini qarşılayır.

DAAD (Almaniya Akademik Mübadilə Xidməti) – Almaniyada təhsil almaq istəyən tələbələr üçün ən böyük təqaüd proqramlarından biridir. Magistratura, doktorantura və araşdırma səviyyəsində geniş imkanlar təqdim edir.

Fulbright (ABŞ) – ABŞ hökumətinin proqramıdır. Azərbaycanlı gənclər magistratura və ya doktorantura səviyyəsində ABŞ universitetlərində tam təqaüdlü oxumaq imkanı qazanırlar.

Visby Programme (İsveç) – İsveçdə magistratura oxumaq istəyən tələbələr üçün nəzərdə tutulub. Bu proqram Baltik və Şərqi Avropa ölkələrindən, o cümlədən Azərbaycandan olan tələbələrə tam təqaüd verir.

Chevening (Böyük Britaniya) – magistratura səviyyəsində liderlik potensialı olan gənclərə birillik təhsil imkanı yaradır və bütün xərcləri qarşılayır.

Bundan əlavə, bir çox universitetlərin daxili təqaüd proqramları da Azərbaycanlı gənclərə açıqdır.

Yekun olaraq, ekspert hesab edir ki, xaricdə təhsil gənclərə həm akademik bilik, həm də şəxsi inkişaf baxımından nadir imkanlar təqdim edir:

“Əsas odur ki, gənclər dil biliklərini inkişaf etdirsinlər, maliyyə dəstəyini vaxtında təmin etsinlər və sənəd prosesini düzgün aparsınlar. Uğurlu nümunələr göstərir ki, doğru istiqamətləndirmə və səbrlə hər bir gənc bu fürsətlərdən faydalana bilər.”–deyə ekspert vurğulayıb

Fəridə Sadıqzadə

News Feed

“Çitra” baletinin premyerası səhnəyə qoyuldu09.04.2026 - 05:42
Zirəddin Tağıyev – səhnə sənətinə ömrünü həsr edən aktyor09.04.2026 - 05:18
Teymur Bünyadov – Azərbaycan hərb tarixində iz qoyan general09.04.2026 - 05:06
Məmmədəli Mehdiyev – Azərbaycan cüdosunun güclü təmsilçisi09.04.2026 - 04:54
Ceyhun Mirzəyev – Azərbaycan kinosunun yadda qalan siması09.04.2026 - 04:36
Cəfər Rəmzi – Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi09.04.2026 - 04:18
Sidqi Ruhulla – Azərbaycan teatr sənətinin unudulmaz siması09.04.2026 - 04:00
Polis təhsil müəssisələrində maarifləndirmə tədbirləri keçirib08.04.2026 - 19:58
Sənaye sahəsində 300-dən çox vakansiya məzunları gözləyir08.04.2026 - 19:54
"Müasir metodist" müsabiqəsinin müsahibə mərhələsi başlayır08.04.2026 - 19:48
Bakıda tələbələr üçün əmək yarmarkası keçirilib08.04.2026 - 19:44
Bazar günü 52 mindən çox şagird imtahan verəcək08.04.2026 - 19:38
BMU tələbəsi təqaüd proqramının qalibi olub08.04.2026 - 19:32
DSX Xüsusi Məktəbinin V sinfinə imtahanın nəticələri AÇIQLANDI08.04.2026 - 19:24
Lirid meteor yağışı olacaq08.04.2026 - 19:18
Uşaqların uşaqlığını “əlindən almaq” hansı hallarda baş verir? – Ekspert danışdı08.04.2026 - 19:12
“Ağıllı uşaq” anlayışı nə dərəcədə doğrudur? – Məktəbəqədər ekspert açıqladı08.04.2026 - 19:05
Şagird geyimi ilə mədəniyyət: dünyadan fərqli məktəb FORMALARI08.04.2026 - 18:54
Şimşək, dolu, qar... - XƏBƏRDARLIQ08.04.2026 - 18:46
ADNSU Çinin Pekin Kimya Texnologiyası Universiteti ilə əməkdaşlıq edəcək08.04.2026 - 18:45
Yeni təyin olunan müdir müavinlərini TANIYAQ08.04.2026 - 18:38
Bu universitetdən tədbirlərin təşkili üçün 27 min manatlıq MÜQAVİLƏ08.04.2026 - 18:34
Biləsuvarda iki kənd məktəbi birləşdirilir? – Rəsmi AÇIQLAMA08.04.2026 - 18:30
Bir ailədən iki böyük UĞUR: Dünyanın ən nüfuzlu universitetlərinə QƏBUL OLDULAR08.04.2026 - 18:26
Rektor: 2030-cu ilədək tədrisin 80%-nin elektronlaşdırılması planlaşdırılır08.04.2026 - 18:20
Prezident Təlim Mərkəzinin açılışında iştirak edib08.04.2026 - 18:18
ETİHİ ilk həmkarlar ittifaqı sədrləri üçün istirahət təşkil edib08.04.2026 - 18:15
Naxçıvan Dövlət Universiteti Qazaxıstanın bir sıra ali təhsil müəssisələri ilə əməkdaşlığa başlayıb08.04.2026 - 18:14
BSU-da Beynəlxalq Türkoloji Tədqiqatlar Konfransı keçirilib08.04.2026 - 18:10
Balakəndə təşkil edilən intellektual yarışın qalibləri mükafatlandırılıblar08.04.2026 - 18:08
NDU nəzdində Gimnaziyanın 33 şagirdi fənn müsabiqələrində uğur qazanıb08.04.2026 - 18:02
Azərbaycan təhsilində gələcəyə hesablanmış addım: Qazaxıstana səfərin strateji əhəmiyyəti08.04.2026 - 18:00
Müasir şəhərsalma prosesi müzakirə olunub08.04.2026 - 18:00
Aprelin 12-də 53 min şagird buraxılış imtahanı verəcək08.04.2026 - 17:55
Təhsil eksperti Elçin Süleymanov: “Peşə təhsili əmək bazarına daha operativ çıxış imkanı verir”08.04.2026 - 17:55
Tələbələr sel risklərinə qarşı operativ hazırlıq barədə maarifləndirilib08.04.2026 - 17:52
DSX-nin Xüsusi Məktəbinə qəbul imtahanının nəticələri AÇIQLANDI08.04.2026 - 17:45
ABŞ-nin texnologiya nəhəngləri Çin rəqiblərinə qarşı əməkdaşlığa başlayıblar08.04.2026 - 17:45
“Ustad dərsləri” – qabaqcıl müəllimlər təcrübələrini paylaşır08.04.2026 - 17:44
BDU-nun Astrofizika kafedrası: Aprelin 16-25-də Lirid meteor yağışı olacaq08.04.2026 - 17:36
Milli Qəhrəman Murad Mirzəyevin xatirəsi yad edilib08.04.2026 - 17:36
Regionlarda məktəbdaxili metodik xidmətin monitorinqi aparılır08.04.2026 - 17:35
Gündəlik BSU-da Türkoloji tədqiqatların gələcəyi müzakirə olundu08.04.2026 - 17:30
“Azərbaycan florasının konspekti” kitabı hazırlanır08.04.2026 - 17:26
İlon Mask "ChatGPT" yaradıcısını məhkəməyə verir08.04.2026 - 17:25
Rayonlarda yağıntı intensivləşəcək - XƏBƏRDARLIQ08.04.2026 - 17:20
Azərbaycan və Tacikistan arasında sənaye mülkiyyətinin mühafizəsi sahəsində əməkdaşlıq genişlənir08.04.2026 - 17:18
ADNSU Çinin Pekin Kimya Texnologiyası Universiteti ilə əməkdaşlıq edəcək08.04.2026 - 17:15