Təhsil 365 - Logo Mobile

Məşhur həkimdən şok yazı: Səhiyyəmiz niyə batır?

11401.09.2025 - 06:39
Məşhur həkimdən şok yazı: Səhiyyəmiz niyə batır?

Almaniyanın Heydelberq Universitetinin Mannheim Tibb Mərkəzinin Ümumi Cərrahiyyə üzrə mütəxəssisi, TƏBİB Direktorunun müşaviri vəzifəsində çalışan tanınmış onkoloq-cərrah Vüqar Yaqublu Azəbaycan səhiyyə sistemi, xüsusən də tibb təhsili sahəsindəki vəziyyəti təhlil edib, nöqsanlarla bağlı maraqlı yazı hazırlayıb.


“Tehsil365” Bakupost.az-a istinadla həmin yazını təqdim edir:

Dostlardan biri təhsilimizdə, xüsusilə də tibb təhsilində müşahidə etdiyimiz ciddi bir fenomeni sonuncu yazıma şərh olaraq xatırlatdı. Mən də fürsətdən istifadə edib bu mövzuya münasibətimi təhsillə, o cümlədən tibb təhsili ilə məşğul olan dostlarımızla bölüşmək istədim. Uzundur, amma ciddi mövzu olduğu üçün səbr edib oxumağınızı xahiş edirəm.

Bəlkə də sizlərdən bəziləri ilə fikir oxşarlığı taparaq bu fenomeni Azərbaycanda daha dərindən təhlil edib, ondan necə bəhrələnmək yollarını birlikdə axtara bilərik. TƏBİB-in mənə yaratdığı imkanlardan faydalanaraq son zamanlar apardığım təhlil göstərir ki, ölkəmizin müasir tibbi praktikasında bu fenomen həlledici rol oynayır.

Bu fenomen “Self-made Man” (Frederick Douglass, 1879) adlanır, azərbaycanca “Özü özünü inşa etmiş insan” kimi tərcümə etdim. Şəkil də məhz bu fenomeni təsvir edən heykəllərdən biridir. Daha doğrusu, onun pozitiv tərəfini. Amma bu fenomenin neqativ tərəfi də var. Mən onun təsvirini yazı ilə verəcəyəm. Allah qoysa, şəklini də çəkən tapılar.

“Özü özünü inşa etmiş insan”lar əslində, inkişaf etmək istəyən icmalar üçün çox pozitiv və ruhlandırıcı bir fenomen olmalıdır. Amma ehtiyatla deyim ki, bizim kimi inkişafda olan cəmiyyətlər üçün bu fenomen təhlükəli və dağıdıcı da ola bilər.

Çalışacağam fikirlərimi ehtiyatla çatdırım. Ürəkağrıdıcı olsa da, söyləməsəm də olmaz. Mövzu ilə bağlı nə istəsəniz, yazın, məni yıxıb sürüyə də bilərsiniz, problem deyil, səhiyyə strukturlarını ittiham edə bilərik, amma sizə pis xəbərim var, problem ümumi problemdir və biz də onun tərəfiyik...

İndi keçirəm mövzuya…

Son yazıma şərhi yazan xalam qızı idi. O, musiqiçidir, uşaqlıqdan bir-birimizlə mübahisə etməyi, müzakirə aparmağı sevmişik, indi də mənim paylaşımıma reaksiya verib. Sağ olsun ki “Özü özünü inşa etmiş insan”lar haqqında yazmağıma vəsilə olub.

O yazır ki, vaxtilə Tibb Universitetinə daxil olmaq istəyən bir gənc az bal topladığı üçün ora düşməyib, kimya ixtisasına düşüb və kimyaçı olub. İndi kimyaçı kimi işləyir və yaşadığı regionun ən sevimli özəl müəllimlərindən (repititor) birinə çevrilib. Bu gözəl və uğurlu bir həyat nümunəsidir. O insan sonunda özünü tapıb və sevdiyi işlə məşğul olur. Əminəm ki, gördüyü işdən ləzzət alır, xoşbəxtdir. Əks halda uğurlu ola bilməzdi və insanlar tərəfindən bu qədər sevilməzdi. Uğurlu insan sevilən, axtarılan, kömək edən, problemləri həll edən biridir. Düşünürəm ki, məhz bu da xoşbəxtliyin təriflərindən biri olsun gərək.

Bu xoşbəxt insanlardan səhiyyəmizdə də çoxdur. Bizim səhiyyədə “Özü özünü inşa etmiş insan”lardan bir-iki nümunə verim, bəlkə də bu gün Azərbaycanda çalışan hər bir aktiv həkim özünü bu numunələrdə görəcək. Əslində elə işin pozitivliyi də, problemi də məhz burasındadır.

Məsələn, biri ürək cərrahı olmaq istəyirdi, sovet dövrlərinin sonu idi, kənddən gəlmiş bir gəncə o imkan verilməzdi, amma çox bacarıqlı idisə, ümümi cərrah ixtisasını alardı. Amma bu ixtısası alsa da, onu heç kim öyrətməzdi, işlədiyi klinikada bəzən saatlarla nərd oynayardı, bəziləri də şahmat. O zamanlar İnstaqram da, Facebook da yox idi ki, heç olmasa, vaxtını fərqli öldürsün.

İki-üç il öncə bir universitet klinikasında qonaq idim, orada olan rezidentlər hamısı telefonda idilər, yanımda olan xarici dostlar da qəribə-qəribə sullar verirdilər: Bunlar niyə işləmirlər? Rəhmətliyin nəvəsi, o zaman bizdə də belə idi. Bunların heç olmasa, telefonları var, klinikadan da çıxsalar "NB" qoyacaqlar, sonda da diplom ala bilməyəcək, sizin alman təhsil qurumları da "bukvayed"dirlər, deyir, filan kağızı verməsən, səni imtahana baraxmaram, o da məcbur olub gəlir və klinikanın koridorunda vaxt öldürür.

Klinikada yeni başlayan həkimin yanına xəstə gəlməzdi. Sistem belə idi. Xəstə yalnız tanınmış həkimlərin yanına gələrdi. Kinolarda gödüyümüz və ya mənim kimilərin Almaniyada yaşadığı kimi deyil ki, xəstə klinikaya gəlir və onun müalicəsi ilə komanda məşğul olur, hər kəs bilik və bacarıqları çərçivəsində töhfəsini verir, öyrənmə imkanı isə bol və mərhələli olur. Yeni başlayanın işi də hamıdan çox olur, o həm öyrənməli, həm də işləməlidir.

Amma o zamanlar təsadüfdən yeni başlayan biri kimi sənə xəstə gələrdisə, nə badə başqası ilə onun barəsində məsləhləşəsən, rus demiş, "zapadlo" hesab edilirdi. O zaman da ChatGPT, Youtube, dosta zəng yox idi ki, xəstə haqqında suallarına cavab tapasan. Məcbursan ki, anadangəlmə mütəxəssis olasan. “Oseçka” versən, bir də sənə xəstə gəlməz...

İndi sənə oğul deyirəm bu vəziyyətdə o "kurtlar süfrəsində" yer tap. Bir səhv etdinmi, süfrənin “dembelləri” həkim diplomu almanı sənə zəhər edərlər. Bu təzyiqə yalnız çox güclülər tab gətirir və onların da bəziləri əvvəl ona həyatı dar edənin yerini tutur, ondan daha qəddar olmağı özünə borc bilir.


Amma gənclərin çoxu kimyaçı dostumuzun nümunəsində olduğu kimi, təklif edilən "çərçivəni" qəbul etməyəcək dərəcədə güclü çıxır və üzərinə qoyaraq daha gözəl “heykəl” tikmə iddiasına girir. Spartak olmayacaq dərəcədə ağıllı. Özünü sevər, gücünə inanar və qapısının qarşısından onlarla xəstə dayananlardan özünü daha güclü hesab edərdi.


Özünü inkişaf etdirmək yolları elə də çox deyildi. Ya kiməsə pul ödəməliydin ki, səni öyrətsinlər, ya da Türkiyəyə və ya Moskvaya getməliydin. Sonradan Almaniya, Amerika çıxdı. Oralarda pulsuz öyrədirlər deyərlərdi. Yəqin ki elə idi, imperiya yatarmiş millətlər mütəxəssisin nə olduğunu anlayırdılar və bilirdilər ki, kəndli birindən də millət üçün dəyərli mütəxəssis çıxa bilər.


Amma oralara getmək üçün də pul yox idi. Dövlətin də pulu yox idi. Cəmi 6 nəfər göndərirdilər. Amma o xəyallarda olanlar çox idi. Pul tapmaq da çətin idi.


Ən yaxşı pul qazanmaq yolu "talkuçka"da piştaxta götürmək idi. Dostlardan biri isə orijinal bir yol tapmışdı, kiçik bir elektrik qizdirıcısı alıb "Gənclik" metrosunun üstündə sendviç satırdı, pul topladı, Moskvaya getdi. İndi Azərbaycanın tanınmış cərrahlarından biridir. Arada səsi Almaniyadan gəlir.


Digərləri başqa ölkələrə getdi, bəziləri özləri özlərini yetişdirdi, fərqli kurslara getdilər, başlarının üstünü sertifikatlarla doldurdular, "Xoşqədəm xanım" da çox dəstək oldu. Deyəsən, hələ də yardımını əsirgəmir. İndi deyilənə görə, İnstaqram daha güclü mövqedədir.


Beləliklə, səhiyyəmiz çoxlu gözəl mütəxəssislər qazandı. Xeyli “Öz özünü inşa etmiş insan”lar formalaşdı. Onların hər biri fərqli tarixçəsi olan uğurlu insanlardır. Fəxr etməliyik!


Amma gördüyüm qədəri ilə onların sistemlə münasibətində problemlər mövcuddur. Onlardan inkişaf etməli olan səhiyyə üçün gözləntilər artıb. Bu səbəbdən problemlər dərinləşir. Elə burada keçirəm işin məğzinə, söhbətin ən çətin yerinə...


Bu çətin yollardan keçib özünü təsdiq etdinsə, səviyyən orta sistem səviyyəsindən bəzən dəfələrlə yüksək olur. Bu yüksəkdə durmanı heç də hər kəs idarə edə bilmir. Bəzən də haqlı olaraq. Çünki etmək istədiklərin çərçivəyə sığmır. Ətrafdakılar kim olduğunu bilsələr də, səninlə çox uğraşmaq istəmirlər.


Onlar öz kiçik rutin həyatlarını yaşamaq istəyirlər. Hamı sənın kimi iddialı deyil ki. Məcburi uzaqlaşırsan. Ya da münaqişələr yaranır. Bu münaqişələr bəzən elə ciddi olur ki, sənin həyatında dərin iz buraxır. Onu yaddan çıxara bilmirsən. Məsələn, belə gənclərdən biri son zamanlar Amerikaya getməzdən öncə işə gəlmədiyi üçün universitet məhkəməyə verilir və s. O gəncə elə od vurursan ki, Amerikada gözəl mütəxəssis olsa da, bir daha özünə gələ bilmir. Halbuki, o orada yüzlərdən, minlərdən biridir, burada “ən”lərdən olmaq istəyirdi. Amma öz rutinini pozmaq istəməyən mövcud komanda üçün baş ağrısı idi.


Öz yüksəlişini hiss edən, ancaq istəkləri yerinə yetirilməyən bu mütəxəssislər məcburən sistemdən çıxmalı olurlar və bir "qusurlu dövran" yaranır. Beləliklə, bu gün səhiyyə strukturlarının mübarizə apardığı ən ciddi problem ortaya çıxır - mütəxəssis çatışmazlığı. Onları saxlaya bilmirsən, çox güclüdürlər. Hər birinin də istəyi fərqli olur. “Öz özünü inşa etmiş insan” fenomenin də yaratdığı əsas problem məhz budur, hamısına eyni yanaşmanı tətbiq edə bilmirsən. İkisini bir araya gətirə bilmirsən. Hətta ən yüksək səviyyədə xahiş (tələb yox, xahiş!) gəlsə belə, hər biri öz həqiqətlərini əsas götürür və "stəkanda fırtına" başlayır.


Sistem onlardan tələb də edə bilmir, çünki alternativi yoxdur. Onlar da bəzən özləri də bilmədən alternativləri məhv edirlər. Beləliklə, özü özünü yaradan insan mənim paylaşdığım şəkildəki kimi, gözəl və pozitiv olmur, monstra çevrilir.


Ortaya maliyyə məsələsi də çıxır. Çünki sən artıq sistem ortalamasından çox yüksək məbləğ qazanırsan və öz mini-sistemini formalaşdırmısan, onu saxlamaq isə maliyyə tələb edir və beləliklə, uzaqlaşıb özəl fəaliyyət formalaşdırırsan. Hətta özünə məxsus "təhsil sistemi", idarəetmə üsulları yaradırsan. Dövlət səndən geri dönməni istəyərsə, orada məhz bu sistemin qurulmasını tələb edirsən. Amma say yüzlərcə olunca, hər kəsin özü qurduğu sistem "error" verir.


Özü özünü inşa etmiş mütəxəssislər üçün əslində çıxıb kənarda öz işini görmək normaldır, elə deyilmi? "Bacarana baş qurban" demirdilərmi? Deyə də bilərsən ki, səndən bir şey istəmirəm, əl çək məndən, öz əlim, öz başım.

Amma elə deyil, sistemin özəl xidməti ala bilməyəcək xəstələrə xidmət üçün sənə ehtiyacı var. Eyni zamanda sənin gəncliyində olduğu kimi, öyrənməyə ac olan gəncləri yetişdirmək üçün mütəxəssis gərəkdir. Almaniyaya qaçır hamısı. Onları saxlamaq lazımdır.

Hər problemdən çıxış yolu var. Bu problem də həll ediləcək. İnkişaf edən iqtisadiyyat, Qarabağ zəfəri əldə etmiş millətin istəkləri bunu qaçılmaz edir.

“Özü özünü inşa etmiş insan” mütəxəssislərdən dövlət “gözəllərini” seçər və ovuc içərisində saxlayar, onlara yeni gəncləri yetiştirmək imkanı yaradar ki, gələn nəsil də eyni yolu tutmasın. “Monstr” roluna girmişlərə də yolu açıq saxlar. Nə zaman istərlərsə, gələrlər. Amma şərtlər fərqli olar təbii ki. Ya da təqaüdə gedərlər.

İnsan, xüsusilə də həyatının başlanğıcında ən kiçik hesab edilən bir yaxşlığı belə unutmaz. Sənin ona inkişafı üçün verdiyin 1000 manat belə onu sonunda milyonlar qazandıracaq bir mütəxəssisə çevirər və sən onu ən zəif zamanında dəstəklədiyi üçün qazanarsan. Heç də hamının çörəyi dizinin üstündə deyil.

Yeni təqaüd proqramları bir-birinin ardınca açılar, fondlar, layihələr, imkanlar göydən yağış kimi yağar.

Kim hara istərsə, öyrənmək üçün gedər, təki sən öyrənmək istə. Mənim sonuncu çinli PhD tələbəm klinikasının təqaüdü ilə üç ildir çalışır. Bu günlərdə geri dönəcək.

Hətta bir zaman gələcək ki öyrənmək həvəsi olan gəncləri tapmaq üçün günün günorta çağı lampa ilə küçə-küçə gəzmək lazım olacaq.

O zaman qonşu və uzaq ölkələrdən gəlib iş axataracaqlar, beləliklə, “Özü özünü inşa etmiş insan”ların idarə etdiyi sistem özü özünü inkişaf etdirən və digərlərinə nümumə olan bir sistemə çevriləcək. “Özü özünü inşa etmiş insan”lar yenə yaranacaq, amma cəmiyyətə pozitivlik verən istiqamətdə formalaşacaqlar.



Nərmin Süleymanlı

News Feed

The Diversity of Azerbaijani and South Korean Culture04.08.2026 - 08:18
Ürək xəstəlikləri riskini azaldan içki05.05.2026 - 16:56
Təhsil və parlament fəaliyyətində mühüm rol oynamış ziyalı: Aqiyə Həbib qızı Naxçıvanlı11.03.2026 - 04:36
Niyə bütün məktəblərdə təhlükəsizlik kameraları yoxdur? - Nazirlikdən AÇIQLAMA06.03.2026 - 18:45
Dünyanın ən böyük arxeoloji kəşfi: Tutanhamonun məzarı necə tapıldı?06.03.2026 - 17:20
Ovçu meşədə gəzərkən tapdı: Dəyəri qızıl ilə müqayisə olunur26.02.2026 - 16:30
Sabah hava necə olacaq? 29.01.2026 - 09:20
Bakıda tələbə faciəli şəkildə öldü16.12.2025 - 11:40
English opens doors: The Moderator of Teens Group by STEP highlights the importance of language skills and studying abroad09.12.2025 - 09:01
A teacher who made her students’ dreams come true: an inspiring step from Baliton village21.09.2025 - 08:40
Beynəlxalq Təhsil İcmalı - Sentyabr 202519.09.2025 - 16:20
Erkən yaşda xarici dil öyrənmənin faydaları17.09.2025 - 17:39
Çində təhsil alacaq BMU tələbələri Pekində09.09.2025 - 06:40
Məktəbəqədər uşaqların təbiətlə təmasda olması- açıq havada öyrənmənin faydaları05.09.2025 - 11:10
How accessible is entrepreneurship for students?04.09.2025 - 19:17
Winners of the "R.M. 90" programming contest awarded within the framework of the ICPC World Final04.09.2025 - 19:02
The role of industrial training in developing students’ practical skills04.09.2025 - 18:47
Employment opportunities for youth in the agricultural sector04.09.2025 - 18:32
The human brain produces enough energy to power a small light bulb04.09.2025 - 18:15
Azerbaijani cinema is represented with an Oscar-Nominated Film04.09.2025 - 18:00
Meeting with the German religious delegation at the State Committee04.09.2025 - 17:40
The benefits of temporary jobs for students04.09.2025 - 17:20
It was investigated that applicants engaged in sports have a strong memory02.09.2025 - 18:47
The historic al-Nuri Mosque in Mosul reopens after 8 years02.09.2025 - 18:28
Psychological support programs improved students’ performance02.09.2025 - 18:16
Research shows that students who maintain a regular sleep schedule are more productive02.09.2025 - 18:03
The anniversary of Uzeyir Hajibeyov, a great figure of Azerbaijani music has been celebrated02.09.2025 - 18:00
Festivals and exhibitions play an important role in personal development02.09.2025 - 17:45
Expansion of the dual education program through Azerbaijan–Germany cooperation02.09.2025 - 17:30
The main causes of aggression in adolescents and ways of prevention02.09.2025 - 17:15
University graduates’ entry into the job market30.08.2025 - 19:38
Shahmar Akbarzade – A distinguished figure of our national poetry30.08.2025 - 19:24
Which is better: a public university or a private university?30.08.2025 - 19:08
Promotion of vocational education and entrepreneurship30.08.2025 - 18:51
No one lives in these villages in Azerbaijan30.08.2025 - 18:36
Factors that weaken memory in children30.08.2025 - 18:18
How to cope with insomnia: 6 Tips30.08.2025 - 18:03
A documentary reflecting our national values was presented30.08.2025 - 17:47
The importance of internship programs30.08.2025 - 17:32
The next international achievement of AzTU’s Institute of Biomedical Engineering30.08.2025 - 17:17
Methods to memorize a large amount of information in a short time29.08.2025 - 19:52
The first ISO-certified school in India: Birla School at the pinnacle of education29.08.2025 - 19:36
Motivation and encouragement of students who excel in sports competitions29.08.2025 - 19:20
Forgetfulness in children29.08.2025 - 19:05
CUET increases women’s enrollment in universities, but additional support is needed29.08.2025 - 18:50
The Impact of music education in kindergartens on children’s development29.08.2025 - 18:30
TUSAŞ expressed its gratitude to two teams from AzTU29.08.2025 - 18:05
Health issues are prioritized in students’ exam preparation29.08.2025 - 17:45