Azərbaycanın onlayn media məkanında xüsusi yeri olan “Modern.az” xəbər portalının fəaliyyətə başlamasından 16 il ötür. 2009-cu ildən fəaliyyət göstərən sayt qısa müddətdə peşəkar jurnalistika prinsiplərinə sadiqliyi, operativliyi və dəqiq informasiyası ilə oxucuların rəğbətini qazanıb.
“Tehsil365” xəbər verir ki, illər ərzində “Modern.az” təkcə gündəlik xəbərlərin çatdırılması ilə kifayətlənməyib, həm də analitik yazılar, ictimai-siyasi mövzulara dair dərin təhlillər və maraqlı müsahibələrlə media mühitində seçilib. Bu gün portal ölkənin ən çox izlənilən xəbər resurslarından biri kimi fəaliyyətini davam etdirir.
“Tehsil365” kollektivi adından Modern.az-ı 16 illik fəaliyyətinin ildönümü münasibətilə təbrik edir, kollektivə yeni uğurlar və daha böyük nailiyyətlər arzulayırıq!