Azərbaycanın aparıcı xəbər portallarından biri olan Cəbhə.info saytının fəaliyyətə başlamasından 10 il keçir.
"Tehsil365" xəbər verir ki, 2015-ci ilin 1 sentyabrında yaradılan portal bu günədək ölkədə və dünyada baş verən ən mühüm ictimai-siyasi prosesləri, hadisələri operativ və dəqiq işıqlandırmaqla geniş oxucu auditoriyasının etimadını qazanıb.
On il ərzində "Cəbhə.info" jurnalistika prinsiplərinə sadiq qalaraq obyektiv informasiya təqdim etməyi, müxtəlif mövzulara dair analitik yanaşmanı və ictimai maraqları ön planda saxlamağı əsas hədəf kimi seçib.
"Cəbhə.info"-nun 10 illiyi münasibətilə redaksiya kollektivini təbrik edir, onlara gələcək fəaliyyətlərində uğurlar, yeni nailiyyətlər və daha böyük oxucu sevgisi arzulayırıq.