Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinə (ETX) yeni mətbuat katibi təyin edilib.
“Tehsil365” xəbər verir ki, bu vəzifə Elnarə Baxışa həvalə olunub.
Qeyd edək ki, Elnarə Baxış 2020-ci ildən Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində (TƏBİB) İctimaiyyətlə əlaqələr şöbəsinin məsləhətçisi kimi fəaliyyət göstərib. O, 29 avqust 2025-ci ildə sözügedən vəzifədən ayrılıb.