Artıq üçüncü ildir ki, Azərbaycan QHT-lərinin geniş müzakirə platforması olan Əməkdaşlıq forumları təşkil olunur. 2023-cü ildə Bakıdakı Heydər Əliyev Mərkəzində, 2024-cü ildə isə Zəngilan Konqres Mərkəzində baş tutan forum bu dəfə Qarabağda keçiriləcək.
“Tehsil365” xəbər verir ki, bu barədə QHT-lərə Dövlət Dəstəyi Agentliyinin ictimaiyyətlə əlaqələr üzrə meneceri Ülviyyə Qarayeva məlumat verib. Onun sözlərinə görə, builki tədbir “Konstitusiya və Suverenlik İli”nə həsr olunacaq.
Eyni zamanda Ü. Qarayeva bildirib ki, QHT-lərin VI İnkişaf və Mübadilə Proqramı üçün də hazırlıqlar gedir. Proqramın Mingəçevir, Naftalan, Bakı, Naxçıvan və Şamaxıda təşkilindən sonra ilk dəfə olaraq azad edilmiş ərazilərdə keçirilməsi nəzərdə tutulur.