Ötən günlərdə Özbəkistanın televiziya sahəsində fəaliyyət göstərən nümayəndə heyəti Baku TV-nin qonağı olub.
“Tehsil365” xəbər verir ki, heyətə Özbəkistan Milli Teleradio Kompaniyası sədrinin müavini Mamadamin Safarov, “Özbəkistan 24” telekanalının baş rejissoru Davron Pulatov, ali kateqoriyalı operator Eldor Rustamov, beynəlxalq xəbərlər şöbəsinin redaktoru Madinabonu Xamrayeva, Teleradio Mərkəzinin baş mütəxəssisi Jasur Maxmudov və Daşkənd Media Mərkəzinin 1-ci kateqoriyalı mütəxəssisi Uluğjon Safarov daxildir.
“Özbəkistan 24” kanalında yayımlanan süjetə görə, qonaqlar Global Media Groupa daxil olan Baku TV-nin iş prosesi ilə yaxından tanış olublar. Onlara kanalın beynəlxalq uğurlar qazanmış film və sənədli layihələri, müasir yayım texnologiyaları və media şəbəkəsi barədə ətraflı məlumat təqdim edilib.