Bu gün Azərbaycanın ilk xəbər portallarından olan Yenicag.az saytı özünün 18 illik fəaliyyətini qeyd edir. 2007-ci il sentyabrın 5-də fəaliyyətə başlayan portal hazırda “Yeni Çağ” Media Qrupunun lokomotivi kimi ölkənin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında baş verən yenilikləri oxuculara çatdırır.
“Tehsil365” xəbər verir ki, 2015-ci ildən Azərbaycan Mətbuat Şurasının üzvü olan Yenicag.az beynəlxalq media layihələrində aktiv iştirak edir və Avropa, Türkiyə, Ukrayna, Gürcüstan, Qazaxıstan, Rusiya, Moldova, Qırğızıstan, Pakistan, İraq, Şimali Kipr və digər ölkələrdəki qabaqcıl media qurumları ilə əməkdaşlıq edir. Bu əlaqələr 44 günlük Vətən müharibəsi zamanı informasiya savaşında geniş istifadə olunub.
2016-cı ildən türk (Yenicag.info) və rus (novayaepoxa.com) dillərində, 2018-ci ildən isə Yenicag.tv video portalı fəaliyyətə başlayıb. Bu gün Media Qrupuna Yenicag.az, Yenicag.ru, Yenicag.info və Yenicag.tv dönəmləri daxildir.
“Yeni Çağ” -ın 18 illiyi münasibətilə redaksiya kollektivini təbrik edir, onlara gələcək fəaliyyətlərində uğurlar, yeni nailiyyətlər və daha böyük oxucu sevgisi arzulayırıq.