Bu ilin aprelində Bakıda 116 ölkənin QHT-lərinin iştirakı ilə təsis edilən Qlobal Cənub QHT Platformasının müvəqqəti Baş katibi Ramil İskəndərli hazırda Efiopiyanın paytaxtı Əddis-Əbəbədə səfərdədir.
“Tehsil365” xəbər verir ki ,səfər çərçivəsində Platforma rəhbəri Pan-Afrika İqlim Ədaləti Alyansının (PACJA) təşkil etdiyi Yay Məktəbində fəxri qonaq qismində çıxış edib. Tədbirdə 200-ə yaxın Afrika QHT-si iştirak edib.
Çıxışı zamanı Ramil İskəndərli bildirib ki, PACJA Qlobal Cənub QHT Platformasının fəal üzvlərindəndir və təşkilat COP29 prosesində də yaxından iştirak edib.