Azərbaycanda toy və yas mərasimlərinin təşkili ilə bağlı narazılıqlar artır. Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun İdarə Heyətinin üzvü Zaur İbrahimli bildirib ki, bu mərasimlər artıq adət-ənənələrə uyğun şəkildə deyil, israfçılıq üzərində qurulur.
“Tehsil365” xəbər verir ki, onun sözlərinə görə, bu vəziyyət süni marketinqin nəticəsi olaraq formalaşır: “Bununla bağlı sosial mediada da davamlı müzakirələrin aparıldığının şahidiyik. Məqsədimiz odur ki, ictimai qınağı gücləndirək, maarifləndirmə işinə təkliflər verək”.
Zaur İbrahimli qeyd edib ki, israfçılığın qarşısını inzibati tədbirlərlə deyil, ictimai şüurun formalaşdırılması yolu ilə almaq mümkündür.